Ağıllı qoca

Ağıllı qoca


götürüb yenə atası olan mağaraya yollandı. Ata gördü ki, yemək var, amma nədənsə oğlu su gətirməyib. Soruşdu:
-Oğul, bəs su niyə gətirməmisən?
İbrahim cavab verdi ki, hal-qəziyyə belədi, camaat susuzluqdan qırılır. Əjdahanın əlindən zara gəlmişik. Heç kəs ona bata bilmir.
Qoca bir qədər fikirləşib dedi:
-Oğul, mən o əjdahanın öhdəsindən gələ bilərəm.
İbrahim sevincək dedi:
-Ata, sən əjdahanın öhdəsindən gələ bilsən, bütün xalqı xoşbəxt etmiş olarsan. Üstəlik şah xəzinəsinin yarısını bizə bağışlayar.
Qoca dedi:
-Oğul, sən şahın yanına get. Ona de ki, uzunu on arşın, eni dörd arşın bir güzgü hazırlasın. Camaat həmin güzgünün arxa tərəfindən tutaraq əjdahaya doğru getsin. Əjdaha güzgüdə öz şəklini görüb vahiməyə düşəcək, qaçacaq. O qaçdıqca siz onu güzgü ilə qovun. Əjdaha sizin torpaqdan ilim-ilim itəcək.
İbahim şahın yanına gedib dedi:
-Şah sağ olsun, mən o əjdahanın öhdəsindən gələrəm. Ancaq bu şərtlə ki, verdiyiniz sözə əməl edəsiniz.
Şahın susuzluqdan dili-dodağı qurumuşdu. Çar-naçar qalıb and içdi ki, xəzinəmin yarısı sənindir. İstəyirsən indidən daşıtdır, bircə bizi sən bu bəladan qurtar.
İbrahim dedi:
-Şah sağ olsun, mənə böyük bir güzgü düzəltdir.
Şah İbrahimin dediyi kimi böyük güzgü düzəltdirdi. Güzgünün yanlarından arxa tərəfdən əl tutmağa yer qoydular. Camaat güzgünü əjdahaya tərəf apardı. Əjdaha gördü ki, ona tərəf ağzından od püskürdən bədheybət bir heyvan gəlir. Gördü ki, bu heyvan bunu deyəsən yeyəcək, başladı götürülməyə. Camaat da onu güzgü ilə qovurdu. Əjdaha hərdənbir geri dönüb baxanda gördü ki, o bədheybət heyvan gəlir. Başlayırdı daha bərk qaçmağa. Xülasə, qaça-qaça padşahın torpağından çıxdı. Camaat döşəndi suyun canına. Hamının gözlərinə şəfa
<< 1 2 [3] 4 >>
Cəmi 2477 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 142 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024