Ağıllı qoca

Ağıllı qoca


Uzaq keçmişlərdə qəddar bir padşah var imiş. Bu şahın qoyduğu qanuna görə övladlar əldən düşmüş qoca ata-analarını səbətə qoyub dallarına alar, aparıb əlçatmaz, sıldırım bir qayaya qoyarlarmış. Qayanın hansı səmtinə baxsaydın qalaq-qalaq insan sümüyü görərdin. Bu açıq qəbiristanlığın yüksək qayalıqları insan ətinə dadanmış quşların məskəni idi. Bütün quşlar zirvədə dayanıb yeni gətiriləcək insanı acgözlüklə gözləyirdilər. Səbətdə qoca gətirən insanın başının üstündə dövrə vurar, tük ürpədən heybətli səs çıxarardılar. Adam diri qocanı yerə qoyub aralanan kimi qaraquşlar, quzğunlar həmin qocanı didik-didik edib yeyər, quruca sümüklərini saxlayardılar. Qoca adamları bu cür dəfn etmək adətə çevrilmişdi. Qəddar şahın qoyduğu bu qanundan heç kəs imtina edə bilməzdi.
Günlərin bir günündə İbrahim adlı bir oğlan atasının əldən-ayaqdan düşdüyünü görüb, ona dedi:
-Gedək, ata, artıq sənin vaxtındır. Səni bir az da gecikdirsəm el məni qınayar.
Ata naəlac qalıb dedi:
-Nə deyirsən, oğul, məsləhət sənindir.
Evdəkilərin hamısı qoca ilə halallaşdılar. İbrahim atasını səbətə qoyub dalına aldı. O ağır-ağır, kədərli halda insan qəbiristanlığa üz qoydu. Az getdilər, çox getdilər, yolda qoca dərindən bir ah çəkdi. İbrahim atasından ah çəkməyinin səbəbini soruşdusa da qoca demədi. İbrahim ondan əl çəkmədi. Axır ki, atası dedi:
-Heç, oğul, yadıma düşdü ki, bir vaxt mən də sənin kimi atamı səbətə qoyub, həmin bu yol ilə qəbiristanlığa aparırdım. İndi sən də məni aparırsan.
Qocanın bu sözləri İbrahimin ürəyinə ox kimi sancıldı. İstədi ki, atasını evə qaytarsın, ancaq el adətini pozmaqdan çəkindi. O yolunu yavaş-yavaş davam etdirirdi. Qəbiristanlığa çatanda quşların dəhşətli qarıltısı İbrahimi vahiməyə saldı.
[1] 2 3 >>
Cəmi 2467 nəfər oxuyub
Bəyənən (626) | Bəyənməyən (393)
Dostlarınla Paylaş

Saytda 56 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024