Hər şey göründüyü kimi deyil

Hər şey göründüyü kimi deyil


İnsan cildinə girən iki mələk gecə yarısı bir varlı evdə gecələməli olular. Onlar varlı olsalar da, qonqpərvər deyildilər.Qonaqlara soyuq bir zirzəmidə gecələmək üçün yer verirlər.Mələklərdən biri divarda bir dəlik görür.Və dəliyi bağlayır.O biri mələk təəccüblə soruşur: “Nəyə görə bu dəliyi bağladın?” Böyük mələk: “Hər şey göründüyü kimi deyil!” Ertəsi gün mələklər çox kasıb, ancaq qonqpərvər bir ər-arvadın evində gecələməli olurlar.Ev sahibləri yeməklərini bölüşür və yataqlarını onlara verirlər.Səhər duranda mələklər görürlər ki, ev sahibləri ağlayır.Bir inəkləri var idi.Onlar bu inəyin südündən aldıqları gəlirlə dolanırdılar.Amma səhəri gün inək ölmüşdü.Kiçik mələk böyük mələyə deyir: “Varlı ailəyə kömək etdin,amma, onlar qonaqpərvər deyildi.Bu ailə isə kasıb idi.Lakin, hər şeylərini bizimlə bölüşdülər.Bəs nə üçün onların inəklərinin ölməsinə izin verdin?” Böyük mələk: “Hər şey göründüyü kimi deyil.Varlıların evindəki zirzəminin dəliyini bağladım ki,ev yiyəsi ordakı qızıl xəzinəsini tapa bilməsin.Çünki, onlar xəsis insan idilər.Bu evə isə gecə yarısı əzrail qadının canını almağa gəldi.Mən isə ona əvəzində inəyi verdim.Bütün hadisələr insanın xeyrinədir.Baş vermiş hadisə bədbaxt hadisə olsa belə onun yaxşı tərəfi vardır, mütləq.Lakin, insanlar bunu görməzlər.”

Qəbul olunan dua.

Gənc alpinist dostrları ilə uca zirvəni qət edirdilər.Gənc alpinist təhlükəsizlikkəmərini belinə bağlayıb dağa qalxdı.Bir qədərdən sonra nəfəsini dərmək üçün dayanır.Elə bu vaxt dostlarından birinin əlindən ip çıxıb, onun gözünə dəyir.Alpinistin gözündəki xüsusi linza yerə düşür.Axtarsa da gözləri yaxşı görmədiyindən tapa bilmir.Ümidi hər yerdən üzülən gənc üzünü Allaha tutb dua
[1] 2 >>
Cəmi 2525 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 31 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023