Boşanmaq qərarı

Boşanmaq qərarı


Boşanmış cütlüyün valideynlərinin ailə həyatı necə olub? Boşanma baş vermədən əvvəl cütlük hansı qabaqlayıcı tədbirlərə müraciət ediblər? Boşanmalar hansı səbəblərdən baş verir?

Boşanma ilə bağlı bir çox məsələlərə aydınlıq gətirən "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzi tərəfindən keçirilən araşdırma zamanı Azərbaycan ailələrinin boşanma problemləri ilə bağlı əhəmiyyətli və maraqlı nəticələr əldə edilib.

Araşdırmaların nəticələrini Trend-ə açıqlayan "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlının sözlərinə görə, 55 faizi qadın, 45 faizi kişi olmaqla, 19-50 yaş arasında olan 120 respondent arasında aparılmış tədqiqat zamanı məlum olub ki, respondentlərin coxu - 24,6 faizi evləndikdən iki il sonra, 23 faizi evliliyin ilk 6-12 ayında, 21,3 faizi evləndikdən 7-9 il sonra boşanma qərarına gəlib.

Tədqiqatlar nəticəsində boşanma qərarının daha çox qadınlar tərəfindən verildiyi məlum olub. Süleymanlı bildirib ki, bəziləri sonda nəticənin eyni olduğunu nəzərə alıb, bu qərara birinci kimin gəlməsini əhəmiyyətsiz sayırlar. Ancaq bu, çox yanlış mövqedir. Çünki söhbət qadının və yaxud kişinin rədd edilməsindən gedir. Bu sahədə aparılan müşahidələr də göstərir ki, rədd edilmək kişi üçün daha ağırdır. Bu zaman kişinin özünə inamı azalır, cəmiyyətdə dost-tanış arasında özünü təhqir olunmuş, mənən alçalmış sayır.

Boşanmaya qərar verən zaman müəyyən çətinliklərdən keçən respondentlərin çoxuna uşağının olması mane olub. Kişi respondentlər daha çox uşaq faktorunu onları boşanmadan çəkindirən məqam kimi qeyd etdikləri halda, qadınlar daha çox valideyn və qohum faktorunu önə çəkiblər. Cütlərin boşanma qərarında maddi faktor əhəmiyyətli
[1] 2 3 >>
Cəmi 2597 nəfər oxuyub
Bəyənən (678) | Bəyənməyən (391)
Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023