Boşanmaq qərarı

Boşanmaq qərarı


olur. Eyni zamanda, şəhərdə əyalətlərlə müqayisədə ictimai nəzarətin zəif, stress hallarının yüksək olması və işləyən qadınların sayının daha çox olması boşanmaya səbəb olan amillər sırasındadır.

Rayonlara gəlincə isə, burada boşanma arzu olunmayan bir hadisə kimi qəbul olunsa da, artıq bu stereotiplər getdikcə dəyişməkdədir. Rayonlarda boşanma ilə bağlı düşüncə tərzinin dəyişməsində yeni informasiya məkanı - televiziya, radio, internet vasitəsilə ötürülən informasiyalar təsir göstərir. Diqqət çəkən məqamlardan biri də boşanmış respondentlər arasında internet yolu ilə tanış olub evlənənlərin olmasıdır. Bu da virtual aləmdə tanış olub evlənənlərin arasında gələcəkdə boşanma hallarının sayının arta biləcəyini göstərir.

Nəticələrdən məlum olur ki, respondentlərin böyük əksəriyyəti keçmiş həyat yoldaşları ilə "məsləhət yolu ilə" ailə qurub. Bu sırada daha sonrakı yeri qohum olduğu üçün ailə həyatı quranlar tutur.

Araşdırmalardan o da məlum olur ki, boşanmış kişilərin çoxunun həyat yoldaşı evdar qadın olub. Bu da onların boşanmadan sonrakı dövrdə iqtisadi baxımdan bir çox problemlərlə üzləşmə ehtimalını artırır. Müəllimə, həkim və tibb bacısı kimi nisbətən sabit iş sahələri təmsilçiləri üçün bu problemin nisbətən az hiss olunacağını proqnozlaşdırmaq olar. Qadınlar boşandıqdan sonrakı dövrdə iş həyatına daha çox qoşulurlar.

Araşdırma zamanı o da məlum olub ki, ər-arvadın boşanması ilə onların valideynlərinin və yaxın qohumlarının boşanması arasında müəyyən əlaqə var. Respondentlər boşanmanın səbəbi kimi ilk sırada qohumların təzyiqini və müdaxiləsini, ikinci sırada keçmiş həyat yoldaşlarının ailəyə qarşı laqeyd olmasını, üçüncü sırada dünya görüşü və təhsil fərqini qeyd ediblər. Bundan
<< 1 2 [3] 4 >>
Cəmi 2611 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 113 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024