Kor görücü Vanqa

Kor görücü Vanqa


XX əsrin tanınmış görücülərindən biri
də bolqar bilicisi Vanqadır. Vanqa
yunan sözü olub, "xoş xəbərlər
carçısı" mənasını verir. Vanqa 12
yaşında olanda bibisi qızları ilə kəndin
kənarındakı Xan bulağından su gətirməyə gediblər. Gözlənilmədən
tufan (fırtına) qopur. Ağacları
kökündən qoparır. Dəhşətli burulğan
Vanqanı götürüb xeyli (bəzi
mənbələrdə 2 km) uzağa atır. Onu
ağac budaqlarının, toz-torpağın, ot- ələfin içindən zorla tapıb çıxarırlar.
Vanqa gözlərini aça bilmir. Həkimlər
ona çarə tapa bilmirlər. Hətta
cərrahiyyə əməliyyatı da edirlər. O
vaxtdan Vanqa kor olur.
1925-ci ildə korlar evinə qəbul olunur. 1929-cu ildə atası öləndən sonra
yetim qalan bacı-qardaşlarına
böyüklük eləmək üçün evə dönür.
Həyatları çox məşəqqətli keçir. 1923-
cü ildən dünya işığına həsrət qalan
Vanqa, 1940-cı ildə yuxusunda görür ki, gözəl bir gənc atlı onlara gəldi.
Paltarı bərq vuran bu atlı işıq saçırdı.
Evin astanasından içəri girər-girməz
qərib dedi: Yaxınlarda bütün dünya
təlatümə gələcək. Saysız-hesabsız
insanlar qırılacaq. Sən insanların taleyi və ölümünü biləcəksən. Qorxma, hər
vaxt sənin yanında olacam. Sən
insanlara mənim sözlərimi
çatdıracaqsan.
Cəmi 2358 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024