Alın yazımdasan...

Alın yazımdasan...


Hara baxıram sən ordasan,
yanımdasan
Adın dilimin əzbəri, əlimdəki
sazımdasan
Sən olmusan varım, yoxum, tək
diləyim
Dərd ortağım, çoxumda həm
azımdasan
Necə unudaram səni, ürəyimin
arzusunu
Bağlanmısan qədərimə, alın
yazımdasan
Nə fərq edər ayların, fəsillərin
dəyişməsi
Sən həm qışım həm baharım
yazımdasan
Sənsən səslədiyim, Allahımdan
istədiyim
Tanrıya etdiyim hər duada,
niyazımdasan
Xəyalinlə gülərəm xəyalinlə mən
ağlaram
Hər sevincimdə, axan göz
yaşlarımdasan
Səndən əvvəl də yaşayırdım heç
bilmirəm
Tək bildiyim bu günümdə,
sabahımdasan
De səni sevmək niyə günahdır
niyə yasaq
Yaşadığım hər gözəllikdə,
səvabımdasan
Sanma ki əl çatmazımsan, cox
uzaqdasan
Damarımdaki qan, candan ötə
canımdasan
Sənsiz heç olmadım qalmadım,
olmaramki
Axı çəkdiyim hər nəfəsdəsən
həyatımdasan
Cəmi 2450 nəfər oxuyub
Bəyənən (661) | Bəyənməyən (382)
Dostlarınla Paylaş

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023