Ən son Samoa adalarında 150-ə yaxın adamın ölümünə səbəb olan sunami haqqında 10 həqiqət 1- "Sunami" sözü Yaponcada "liman dalğası" mənasını verir.
2- Sunami bir dalğadan ibarət olmur, bir neçə dalğalar ardıcıllığıdır. Böyük sunamidə bu dalğa ardıcıllığı bir saatdan çox davam edə bilər və bu dalğaların şiddəti və böyüklüyünün getdikcə azalacağına zəmanət verilmir.
3- Sunaminin baş vermə səbəbi dənizaltında reallaşan zəlzələlərdir. ABŞ Geoloji Araşdırmalar İnstitutuna bildirdiyinə görə, Samoadakı fəlakətin arxasında 8,3 bal gücündəki zəlzələ dayanır. Sunaminin şiddəti onun nə qədər dərinlikdə baş verməsindən aslıdır.
4- Sunamilərin 80 faizi Sakit okeanda baş verir.
5- Dənizaltındakı zəlzələlərin sunamiyə gətirib çıxarmağı nəzəriyyəsini ilk dəfə Yunan tarixçisi Thucydides, tərəfindən kəşf edilib.
6- Vulkanik partlayışlar, böyük sürüşmələr, dənizaltındakı nüvə partlayışları və tropik qasırğalar da sunami meydana gəlməsinə səbəb ola bilər.Myanmar 2008-ci ildə baş vermiş sunami böyük dağıntılara səbəb olmuş və 200 minə yaxın insan həyatını itirmişdi.
7- Okeanda sunami dalğalarının yüksəkliyi bir metr qədərdir, dalğa uzunluğu, yəni iki dalğa arasındakı uzaqlıq 40 metrə qədərdir. Dalğaların sürəti isə saatda 800 kilometrdir.
8- Sunami okeanın dayaz bölgələrinə çatdıqca, dalğa uzunluğu daralar və yüksəkliyi artar, sürəti isə azalaraq saatda 80 kilometrə düşər.
9- Sunamini əvvəlcədən təxmin etmək qeyri-mümkündür. Əgər sahildəki sular birdən çəkilsə, bir neçə dəqiqə əvvəldən xəbərdarlıq etmək mümkündür.
10- 2004-cü ildə Hind Okeanında baş verən sunamidə yuxarıdakı məlumatı istifadə edən 10 yaşındakı İngilis Tilly Smith, yüzə yaxın adamın həyatını qurtarmışdır. Sahil suların geri çəkilməsinin sunami göstəricisi ola biləcəyini öyrənən Smith, ailəsi və ətrafındakıların xilas olmasını təmin etmişdir. Tilly Smith, daha sonra BMT-də bu mövzuyla əlaqədar çıxış etmişdir.
Cəmi 2195 nəfər oxuyub