Şekilde qırmızı gözler

Şekilde qırmızı gözler


Siz də yəqin fikir vermisiniz ki,ancaq gecə hava qaranlıq
olan vaxt çəkilən şəkillərdə qırmızı gözlər olur.Bəs bu
niyə belə olur?
İşıqlı bir yerə daxil olduqda göz bəbəyimiz kiçilir,qaranlıq
bir yerə daxil olduqda isə göz bəbəyimiz daha çox işıq
qəbul etmək üçün böyüyür.İndiki fotoaparatlara baxdıqda
isə fləş(bir anda parlayan) işıqdan istifadə etdikdə
fotoaparat bir anda ani olaraq çox qüvvətli bir işıq
verir.Göz bu qısa vaxtda kiçilmək üçün lazımi vaxtı tapa
bilmir.İşıq birbaşa gözün retina adlı təbəqəsinə
düşdüyündən orda olan kiçik damarların görüntüsü əks
olunur.
Bunun qarşısını almaq üçün yeni bir funksiya olan "Red
Eye" modulunda çəkdikdə isə işıq iki dəfə verilməklə
birincidən sonra göz bəbəklərinin kiçilməsi gözlənilir.
Onu da qeyd edim ki kompüterdə sonradan qırmızı
gözləri düzəltmək üçün istifadə olunan alətlərdə isə
sadəcə qırmızı rəngi uyğun rənglə əvəzləmək
prinsipindən istifadə olunur.
Cəmi 2997 nəfər oxuyub
Bəyənən (704) | Bəyənməyən (411)
Dostlarınla Paylaş

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023