İlk seksin qorxuları

İlk seksin qorxuları


İlk seksual təcrübə sovet dövrü ilə müqayisədə indi
nisbətən asanlaşıb. İnternet əsrinin olduğunu nəzərə
alsaq, bu mövzuda gənclərin nə qədər sərbəst olduğunu
anlamaq elə də çətin deyil. Amma bu məsələnin
təhlükəli tərəfləri də mövcuddur.
Androloq-seksopatoloq Həsən Səmədov mövzu ilə bağlı
Modern.-a açıqlamasında bildirib ki, ilk seksual
təcrübə ilə əlaqədar gənclərin cinsi yetişkənlik dövründə
az maariflənməsi onları ağır xəstəliklərə düçar edə
bilər. “12-15 yaş arası kişilərdə cinsi yetişkənlik
dövrüdür. Bu dövrdə qana çox miqdarda hormon sintez
olunur və kişilərdə cinsi həvəs oyanır. Bu dövrdə
məlumatın azlığı, savadsızlıq təsadüfi cinsi əlaqələrə
gətirib çıxarır. Əsas məsələ də budur ki, gənclər
tanımadığı insanlarla, bilmədiyi yerdə cinsi əlaqədə
olurlar. Əksəriyyət hətta qoruyuculardan istifadə etmir,
bu da infeksiyalara yoluxmaya gətirib çıxarır. Bu
infeksiyalar honoreya, siflis, trixomoniaz və son
dövrlərdə də geniş yayılan hepatit C və AİDS kimi
xəstəliklərdir”.
Seksopatoloqun sözlərinə görə, cinsi yolla yoluxan
infeksiyalardan başqa, ilk cinsi əlaqədə baş verən
psixoloji problemlər sonradan psixoloji cinsi zəifliyə də
gətirib çıxarır.
“Psixoloji cinsi zəiflik kişilərin gələcək həyatında ona
problemlər yaradacaq. Belə ki, növbəti qadınla olan
münasibətində və yaxud da ailə həyatı qurandan sonra
olan münasibətdə psixoloji problemlər yaşanır. Bundan
başqa, kifayət qədər müxtəlif problemlər ola bilər.
Təsəvvür edin ki, lüğətdə nə qədər söz varsa, o qədər
də müxtəlif ola bilər. Bundan başqa hansısa faktor və
səbəb gənc kişinin xoşuna gəlməyə bilər. Məsələn,
qadının danışığı. Belə ki, beynində qurduğu qadın
obrazının onun fikrinə uyğun gəlməməsi, gördüyü
[1] 2 >>
Cəmi 2408 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024