Doğru bildiyimiz 13 yalnış bilgi | Qarışıq Məqalələr
Geniş Kitabxana
Doğru bildiyimiz 13 yalnış bilgi
1. “Kəpənəklərin ömrü bir gündür”. Yalnışdır! Kəpənəklərin sadəcə bir neçə növü cəmi bir gün yaşayır. Daha “kəpənək olsaydım da bu günləri görməsəydim”, “kəpənəyin qəlbini qırdınsa sabahı gün üzr istəyə bilməzsən” kimi mənasız sözlər sizə pis təsir etməyəcək.

2.“Siçanlar pendiri sevirlər”. Yalnışdır! Siçanlar pendiri sevmirlər, onlar taxıl bitkilərini və şirin meyvələri sevirlər.İndi bildiniz nəyə görə tələnizə siçan düşmür?



3.“Nyuton başına düşən almalardan sonra yerin cazibə qüvvəsi olduğunu kəşf etdi” Yalnışdır! O almalar Nyuton ağacın altında olarkən düşmüşdü,amma,heç biri onun başına düşməmişdi.

4.“İnsan gündə 8 stəkan su içməlidir” Yalnışdır! Bu, insanın yaşından,boyundan,ölçüsündən və başqa xüsusi səbəblərdən aslıdır. Siz yenə də çox su için.

5.“Adəm ilə Həvva qadağan olunmuş almanı yedikləri üçün cənnətdən qovulublar”. Yalnışdır! Heç bir müqəddəs kitabda o meyvənin adı keçməyib. Bu sadəcə “qadağan olunmuş meyvə” adlanıb.

6.“İtlər dünyanı ağ-qara görür”. Yalnışdır! İtlər də insanlar kimi rəngli görür ,amma, insanlar qədər parlaq görmürlər.

7.“Dəvələr hürgüclərində ehtiyat halda su saxlayırlar”. Yalnışdır! Dəvələr hürgüclərində su deyil yağ saxlayırlar və lazım olduqda bu yağı parçalayıb su halına çevirirlər. Əlavə məlumat kimi onu qeyd edim ki, 1 kq yağ parçalandıqda 1,1 litr su ayrılır.

8.“Suşi yapon dilindən tərcümədə çiy balıq mənasına gəlir”. Yalnışdır! Suşi yaponcadan tərcümədə “turş düyü” mənasında gəlir.

9.“Smartfonları yəni ağıllı telefonları gecə enerjiyə qoyub yatmaq telefonun ömrünü azaldır”. Yalnışdır! Ağıllı telefonlar enerjisi dolduğu anda enerji qəbulunu dayandıracaq qədər ağıllıdır. Necə deyərlər,gör nə günə qalmışıq ki,telefon bizdən ağıllıdır.

10.“Günəş sistemində 9 planet vardır”. Yalnışdır. Pluton 2006-cı ildən bu yana rəsmi olaraq planet sayılmır. Buna səbəb isə onun bütün həyatı boyunca günəşin ətrafında fırlanmaması göstərilir. Tənbəlliyin gücünə bax ki, planet olmaq xətrinə günəş ətrafında belə fırlanmağa ərinir. Belə tənbəl birini planet olaraq qəbul edə bilmərik.

11.“ Sezar salatı adını Yuli Sezardan götürmüşdür”. Yalnışdır! Sezar salatı adını məşhur italyan aşbaz Sezar Kardinidən almışdır.

12.“ Dovşanlar kök yeməyi xoşlayırlar”. Yalnışdır! Əslində dovşanlar ot bitkilərini sevirlər. Ah bu cizgi filmləri.

13.“Qrip olduğumuz zaman antibiotik qəbulunun bizə xeyri var”. Yalnışdır! Edilən araşdırmalar göstərir ki, qrip bünyənizə daxil olduğu anda antibiotikin heç bir önəmi yoxdur.
Cemi 598 nefer oxuyub
Beyen(131) | Beyenme(101)
Paylaş:
Qarışıq Məqalələr

Reklam:
Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, Xoruz 2017-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Sitemap:[1][2][3][html][ror][txt][mp3][video]
©Tatli.Biz 2010-2018