Tatli.Biz > Futbolda nəyə görə 11 oyunçu olur? - Qarışıq Məqalələr | Tatli.Biz

Geniş Kitabxana
Futbolda nəyə görə 11 oyunçu olur?
Futbol komandasında oyunçuların sayının 11 nəfərdən ibarət olması fikrini ilk dəfə ingilislər, daha dəqiq desək, ingiltərəli tələbələr irəli sürmüşlər.


Əvvəllər futbol oyunu bir kütləvilik təşkil edirdi hətta, futbol oyunu kütləvi bir döyüş meydanını xatırladırdı. Məsələn: 1570-ci ildə sənətkarların təşkil etdikləri kütləvi futbol oyunu çoxlu yaralı və bir neçə nəfərin ölümü ilə nəticələnmişdir. İdmana yaraşmayan bu cür xoşagəlməz hallar çoxlarının hiddətinə səbəb olurdu. Kral VIII Henrix isə 1542-ci ildə belə bir vəhşi idmanın oynanılmasını yasaq etmişdir və bu qadağaya əməl etməyənləri həbsxana gözləyirdi. Kral VIII Henrix sərəncamında bele yazmışdır: — “ Bu cür vəhşi, qanlı və düşmənçilik yaradan oyunu bir daha heç kəs oynamayacaq!”. Bu qadağa 1842-ci ilədək qüvvədə olmuşdur. 1842-ci ildə isə formal olaraq qadağa ləğv edilmişdir.

Köhnəlmiş kral qadağasının ləğvindən bir müddət sonra Kembric Universitetinin tələbələri 1848-ci ildə futbol oyununun sivil qaydalara uyğun olan nizamnaməsini tərtib etmişlər. Bu qaydalar da, demək olar ki, humanizmə tam cavab vermirdi. Çünki bu qaydalara görə, rəqib oyunçuya badalaq vurmaq, əllə tutub saxlamaq, ayağına təpiklə vurmaq yasaq deyildi.

Futbolun yaranma tarixi 1863-cü il hesab olunur. Çünki həmin ildə ilk Futbol Assosiassiyası yaradılmış və indiki qaydalara uyğun gələn qaydalar tətbiq olunmuşdur. Bu qaydalar içərisində Kembric tələbələrindən qalan bircə qayda var idi, o da — oyunçuların sayının 11 nəfər olması. Bəs, Kembricli tələbələr nədən – “komandada oyunçuların sayı 11 nəfər olsun “- qaydasını qoymuşlar?..

O zamanlar Kembric Universitetinin yataqxanasında otaqlar 11 çarpayılıq idi. Yəni – hər otaqda 11 tələbə qalırdı. Universitetdə isə tələbələr otaqlar arasında futbol yarışması keçirirdilər. Necə deyərlər: — “otaq otağa qarşı, yəni — 11 nəfər 11 nəfərə qarşı.”

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, “Kembric Yunayted”(“Cambridge United”) futbol klubu İngiltərənin ən qocaman klublarındandır və bu klub 1912-ci ildə yaradılıb, 1949 –cu ildən peşəkar status alıb.

Komandada oyunçuların sayının 11 olması haqda başqa bir tarixçə də mövcuddur. Belə ki, deyilənlərə görə, — “komandada oyunçuların sayı 11 olsun!” – qərarını ilk dəfə “Şeffeld” futbol klubunun oyunçuları vermişlər. “Şeffeld” futbol klubu özünün qış məşqlərini Kriket klubunda edirdi və onlar bu məşqləri kriket klubunun üzvüləri ilə keçirirdilər. Kriket komandasının da üzvləri 11 nəfərdən ibarət olurdu.

İndiki qaydalar belədir: — Oyun iki komanda arasında keçirilir. Hər komandada oyunçuların sayı qapıçı da daxil olmaqla 11-dən artıq olmamalıdır. Komandaların hər hansı birində meydançadakı oyunçuların sayı 7-dən az olarsa, oyun başlana bilməz və s...

Qeyd etmək lazımdır ki, futbol kainatın ən populyar oyunudur.
Cemi 769 nefer oxuyub
Beyen(219) | Beyenme(112)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Futbolda nəyə görə 11 oyunçu olur? - Qarışıq Məqalələr | Tatli.Biz
Futbolda nəyə görə 11 oyunçu olur? məqaləsini oxumaq üçün daxil olun
Futbolda nəyə görə 11 oyunçu olur?, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 109 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2020, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | mp3 | video

©Tatli.Biz 2010-2020