Xanımlar və Bəylər üçün normal seks

Xanımlar və Bəylər üçün normal seks


İnsanda seksual təzahürlər dərhal üzə çıxmır, orqanizm bunun üçün yetişməlidir. Kişilərdə cinsi yetişmə adətən 14-16 yaşlarında başlayır və 18-20 yaşlarında tamama çatır..Qadınlarda bu göstəricilər müvafiq olaraq 12-13 və 16-18 yaşdır. Deməli 20 yaşlı kişi və 16-17 yaşlı qadın cin­si həyat üçün münasib dövrə qədəm qoymuş olurlar və bu yaşdan başlayaraq ailə qura bilərlər. Qadın və kişi orqanizmləri arasında keyfiyyət, miqdar fərqləri və digər fərqlər mövcuddur.
Başlıca keyfiyyət fərqlərinə insanın cinsiyyət sistemi­nin quruluşu, enerjinin bədəndə dövr etmə xüsusiyyətləri və orqanizmin funksiyaları aiddir. Kişi və qadın orqa­nizmlərinin cinsiyyət sistemləri arasındakı fərq digər keyfiyyət və miqdar fərqlərinə səbəb olur və qametaların cin­sini (xayalıq və yumurtalıqlar); hormonal cinsi (androgenlər və ya estrogenlər), morfoloji fərqləri (bədənin forma­ları və orqanizmin funksiyaları) müəyyən edir.
Yuxarıda göstərilmiş "daxili" fərqlər "xarici" fərqlərə - insanın şəxsi davranışına, digər adamlara qarşı münasibətinə və tələbatlarına, məişət və seksual tələbatlarına) təsir göstərir. Nəticədə insan özünü kişi və ya qadın cinsinə aid edir, müvafiq tərbiyə alır, özü üçün cinsi tərəf - müqabil seçir və müvafiq cinsi rolu oynayır.
İndi isə normal seksuallığın əsas təzahür formalarını sadalayaq.
Kişilərdə bu əlamətlər: cinsi meyli (libido), tənasül alətinin (penis) qanla dolması və dikəlməsi (ereksiya), sperma atması (eyakulyasiya), cinsi şəhvətin və həzzin zir­vəsi (orqazm).
Cinsi meyldə bir necə əsas ünsür seçilir: seçim (cinsi meylin obyektinin seçilməsi və onun təmin edilməsi uşulu), iradi komponent (kişi öz cinsi ehtirasını nə dərəcədə təmin etmək istəyir) və nəhayət bioritmoloji komponent (toxumun toplanması və
[1] 2 3 >>
Cəmi 2090 nəfər oxuyub
Bəyənən (441) | Bəyənməyən (355)
Dostlarınla Paylaş

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023