Sizi zəiflədəcək ifadələrdən uzaq durun

Sizi zəiflədəcək ifadələrdən uzaq durun


Hər gün içində fərqində olmadan, sadəcə alışqanlıqlarımızdan dolayı söylədiyimiz bəzi sözlər vardır. Bu sözlər bizi həvəsdən saldığı kimi, eyni zamanda həmin gün ərzində bütün motivasiyamızı da yox edər. Tək edə biləcəyimiz şey qəlibləşmiş sözlərin fərqində olub, həyatımızdan onları çıxarmaq. Bu da bizi gücsüzləşdirən bəzi qəlib sözlər:


1. Məndə şans nə gəzir?
2. Hər cür bəla gəlib məni tapar.
3. Mənə bu dünyada rahatlıq yoxdu.
4. Xoşbəxtlik kim, mən kim!
5. Bu həyatda bircə dəfə də üzüm gülmədi.
6. Bu da mənim qara bəxtim!
7. Evləndiyimə min peşmanam, subaylıq sultanlıqmış.
8. Bu uşaqlar məni dəli edəcək.
9. Camaatdakı şansa bax!
10. Səhərin gözü açılmamış kimdi zəng edən! (gələn)
11. Bu qədər yükü daşıya bilmirəm.
12. Ailəmdən bir şey görmədim.
13. Bu işə nifrət edirəm, təqaüdə qədər çətin dincəlim!
14. Ev deyil, cəhənnəmdi sanki.
15. Uşağın varsa, dərdin var!
16. Bəxtəvərlərin hər işi qaydasında gedir.
17. Pulun yoxdursa, çətin ki, irəli gedəsən.
18. Dünya düzəlməyəcək, belə gəlib, belə də gedəcək.
19. Heç bir köməyim yoxdu, hər işdə yanlızam.
20. Elə bil başımın üstündə qara buludlar var.
21. Daha heç nəyə ümidim qalmayıb.
22. Onsuzda düzələn deyil, boşun əmək sərf etmişəm.
23. İllərim hədər getdi, dəyməzmiş...
24. Bu vaxta qədər olmadısa, bundan sonra heç olmaz.
Cəmi 1889 nəfər oxuyub
Bəyənən (440) | Bəyənməyən (356)
Dostlarınla Paylaş

Saytda 81 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024