Seksi necə uzatmaq olar?

Seksi necə uzatmaq olar?


əziyyət çəkməsi halı da istisna olunmamalıdır. Bu halda qadın normal davam edən müddətdə orqazma çata bilmirsə, bu kişinin vaxtından əvvəl qurtarması kimi qiymətləndirilməməlidir.

Bəzi hallarda məlumdur ki, kişi bir qadınla yaxınlıq zamanı vaxtından əvvəl qurtarır, digərilə isə normal cinsi əlaqədə ola bilir. Tibbi praktikada cinsi aktın davametmə müddəti kişi cinsi orqanının uşaqlıq yoluna daxil olduğu andan eakulyasiyanın başlandığı ana qədər olan müddət hesab olunur. Bu müddət təxminən 2-3 dəqiqədir. Müvafiq olaraq, əgər sperma ifrazı bu müddətdən əvvəl baş verirsə, bu vaxtından əvvəl eakulyasiya hesab olunur. Lakin sosial sorğular göstərir ki, 2 dəqiqə davam edən cinsi akt zamanı qadınların yalnız 30-35 %-i orqazma çatırlar, 10 dəqiqə davam edən cinsi akt zamanı isə qadınların cəmi 50 %-i bu hissləri keçirirlər. Orta göstərici kişinin cinsi əlaqənsinin minimum 2 dəqiqə davam etməsi hesab olunur. Bu 2-3 dəqiqə ərzində kişi təkcə özünü düşünməyərək, qadını da məmnun etməyə çalışmalıdır. Əgər edə bilmirsə, bu vaxtından əvvəl eakulyasiya hesab olunur.

Bu vəziyyət kişilər arasında geniş yayılmışdır, sosial sorğuların nəticəsinə əsasən kişilərin 30%-ində rast gəlinir. Amma bəzi kişilərin bu halı gizlətməyə çalışdığını nəzər alıb, faizin daha çox olduğu aydın olar. Bu vəziyyət cinsi məmnunluğun olmamasına, kişinin özünü qiymətləndirməsinin azalmasına, özünə güvənin itməsinə, depressiyaya, ailə münaqişələrinə səbəb ola bilir. Bir qayda olaraq, cinsi əlaqə zamanı birinci müvəffəqiyyətsizlik kişinin cinsi əlaqədən yayınmasına və ya oral və manual seksə meyl etməsinə səbəb olur. Bütün bunlar hər cinsi əlaqə zamanı kişidə psixi-emosional narahatçılıqlara və digər seksual pozuntulara, məsələn ereksiyanın baş
<< 1 [2] 3 4 >>
Cəmi 2090 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 205 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024