Yaxşı qarpız seçmək üçün diqqət etməli olduğunuz 6 şey

Yaxşı qarpız seçmək üçün diqqət etməli olduğunuz 6 şey


Qarpızın seçimi zamanı ən əsas şey - tələsik almamaqdır. Azərbaycan iqlimində qarpız əsasən iyul-avqust aylarında yetişib satişa çıxarılır.


1. Ölçüsünə diqqət edin.
Eyni qarpız növündən daha yaxşı olarki böyüyünü seçəsiniz, lakin çox nəhəng olmamalıdır. Bu zaman qarpız nə qədər böyük və yüngül olarsa, o qədər dəymiş hesab edilir. Qarpız seçimində çox xırda və çox irilərindən çəkinmək lazımdır. Qarpızın "optimal" çəkisi - təxminən 10 kq.

2. Sarı ləkələrə diqqət edin
Sarı ləkələr yaxşı yetişmiş qarpızın ən yaxşı əlaməti hesab edilir. Bu ləkə nə qədər sarımtıldırsa, qarpız da o qədər dadlı və şirin olur. Qarpızın bir tərəfi üstə qaldığından yaranan böyründəki açıq ləkə maksimum sarı, hətta narıncı rəngdə olmalıdır.

3. Qabığa diqqət edin.
Qabığın üzərindəki zolaqlar maksimum fərqlı olmalıdır. Yetişmiş qarpızın üstü mütləq möhkəm və parlaq olmalı, qabıq dırnaqla deşilməməlidir, çünki, bostandan çıxarılan qarpız artıq maye qəbul edə bilmir və onun qabığı quruyub bərkiyir. Lakin, əgər dırnaq qabıqda dəlik yaradırsa, deməli qarpız hələ yetişməyib, kaldır. Həmçinin qarpızın qabığını sürtüb iyləmək olar - yeni kəsilmiş ot qoxusu gələrsə, o zaman qarpızın kal olmasından şübhə etmək olar.

4. Döyəcləməyə çalışın.
Yetişmiş qarpızı əlnən vurduqda o həmişə yay kimi əyilib əlinizi əks etdirməlidir. Əgər dəymiş qarpıza qulağnızı söykəyib vursanız, o zaman təmiz, cingiltili səs eşidməlisiniz. Həmçinin dəymiş qarpızı qulağınıza söykəyib azacıq iki əlnən əzsəniz qabığı cırıldayacaq.

5. "Cins"inə diqqət edin
Qarpız - xonsa giləmeyvədir. "Kişi cinsində" giləmeyvənin aşağısı qabarıqdır, dairəsi isə balacadır. "Dişilərdə" isə aşağı hissəsi daha geniş, dairəsi isə daha
[1] 2 >>
Cəmi 1719 nəfər oxuyub
Bəyənən (368) | Bəyənməyən (304)
Dostlarınla Paylaş

Saytda 222 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024