Aybaşı zamanı cinsi elaqe

Aybaşı zamanı cinsi elaqe


Sual: Qadın aybaşı halında olduğu vaxt onunla cinsi əlaqədə olmağın bir cəriməsi var? Əgər varsa, bu cəza nədən ibarətdir?

Cavab: Bir kişi öz arvadı ilə onun aybaşı halı qurtarmadan cinsi əlaqədə olsa, günahkar olur. Ona görə də tövbə edib Allahdan bağışlanmağını diləməlidir. Bununla yanaşı, onun kasıb müsəlmanlara bir və yaxud yarım dinar (4,25 qram qızıl) sədəqə verməyi məsləhət görülür.

Abdulla ibn Abbasın (r. a.) rəvayət etdiyinə görə peyğəmbər (s. a. v.) xanımı ilə heyzli halda cinsi əlaqəyə girən şəxs haqqında belə buyurub:

"O şəxs bir, yaxud da yarım dinar sədəqə verməlidir”. (Əbu Davud, Nikah, 46-47.)


"Bir şəxs arvadına heyz qanının axmağa başladığı vaxt yaxınlaşsa, bir dinar, qan kəsildikdə isə arvadı yuyunmadan yaxınlaşsa, yarım dinar sədəqə verməlidir”. (Əbu Davud, yenə orada.)
Cəmi 3882 nəfər oxuyub
Bəyəndim(510) | Bəyənmədim(1861)
Dostlarınla Paylaş

Saytda 146 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024