Çox öpüşmənin zərərləri ola bilərmi?

Çox öpüşmənin zərərləri ola bilərmi?


Çox öpüşmənin dodaqlarınıza zərər verib-verməyəcəyi ilə maraqlanırsınızsa, xəbərimizi oxuyun... Niyə öpüşdüyümüzü heç düşündünüzmü? Bəzi araşdırmalar öpüşmənin səbəbinin köhnə vaxtlarda özünə uyğun kişini tapmaq üçün edilən bir vasitə olduğunu iddia edir. Bəziləri bunun doğuşdan gələn bir refleks olduğuna inanır. Bütün dünyadakı insanlarda yanaqdan öpmə və salamlaşma şəkilləri fərqli olsa da, öpüşmənin eyni olması istər-istəməz bu sualı verməyimizəsəbəb olur. İnsanlar öpməyə və öpülməyə qarşı reaksiyalar inkişaf etdirmişdir. İki şəxsi bir-birinə bağlayan oksitosin hormonu öpüşmə əsnasında beyindən çıxarılır. Bu mərhələdə beyindəki müvafiq mərkəzdən dopamin ifraz olunur. Bu kimyəvi maddə özümüzü xoşbəxt hiss etməmizi təmin edir. Öpüşmə əsnasında 250 koloniya bakteriya cütlər arasında köçürülür. Bu bakteriyalar ümumiyyətlə zərərsizdir. Bəzi zərərli bakteriyalar dodaqlarınızın toxumasına zərər verə bilər. Dodaq toxuması olduqca özünə xas bir quruluşdadır. Bədəndəki dəri 16 lay şəklindədir. Xarici təbəqəyə stratum korneum deyilir. Bu, qoruyucu qalxan vəzifəsindədir və zərərli maddələrə qarşı həssasdır. Ancaq dodaqlarımız yalnız 3-5 sıra laydan yaranır. Buna görə də çox həssasdır. Tüpürcəkdə olan fermentlər cütlər arasında köçürüldükdə dodaq toxumasına zərər verə bilər. Bu əməliyyat təkrarlandığı zaman, yəni çox uzun sürən öpüşmələr zamanı dodaq toxuması zərər görə bilər. Dodaqları hər yaladığınız və ya əmdiyiniz zaman da öpüşərkən olduğu kimi zərər verə bilərsiniz. Xüsusilə dişlərində və ağız içində bir problemi olanların öpüşərkən bir az daha diqqətli olması lazımdır. Uçuq kimi dəri problemlərinin yoluxucu olduğu unudulmamalıdır.
Cəmi 1986 nəfər oxuyub
Bəyənən (467) | Bəyənməyən (343)
Dostlarınla Paylaş

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023