"Spiral" nədir?

"Spiral" nədir?


Uşaqlıqdaxili vasitələr və ya geniş yayılmış adıyla desək,spirallar ən çox istifadə olunan kontrasepsiya vasitəsidir.Plastmas tərkibli uşaqlıq daxilinə yerləşə biləcək ölçüyə malik olan spirallar T hərfi formasındadır.Plastmasdan ibarət olan əsas gövdə hissənin ətrafını mis tel əhatə edir.Bu mis hissəni bəzən qızıldan da hazırlayırlar.Bəzən isə dərman maddələri və ya hormonlar da bu hissəni əvəz edir.Spirallar təkcə hamiləlikdən qorunmaq üçün deyil,eyni zamanda müalicəvi vasitələr kimi də istifadə olunur. Hormon tərkibli spirallar əsasən, misli spiralların aybaşı qanaxmasının miqdarını və ağrılarını artırmaq kimi əlavə təsirlərini aradan qaldırmaq üçün istifadə edilir.Çünkü ən geniş yayılmış spirallar mis tərkibli olanlardır. Hər bir spiralın gövdə hissəsinin aşağısında sap vardır ki,bu da lazım olduqda həkimin onu xaric etməsi üçündür. Təsir mexanizmi isə bundan ibarətdir ki,daxil edildiyi andan etibarən spiral yad maddə kimi fəaliyyət göstərir və ətrafında iltihab sahəsi əmələ gətirərək bu zaman bu sahəyə çoxlu sayda immun hüceyrə toplanaraq cinsi əlaqədən sonra uşaqlığa daxil olan spermin mehv edilməsinə səbəb olur və hamiləlik baş vermir. Spiralın təsiri qoyulduğu andan başlayır və çıxarıldığı anda başa çatır.Qoruma müddəti isə hər bir markada fərqlidir,ən az 5 il müddətinə qoruma orta minimumdur.Bu müddət spiralın tərkibindəki misin və ya hormonun zaman keçdikcə bitməsi ilə əlaqədardır. Spiralın qoruma faizi çox yüksəkdir,bir ərzində hər 100 qadından 1ində hamiləlik müşahidə olunur. Spiralın qoyulmasına qərar verən qadından ətraflı anamnestik məlumat alınaraq ginekolji müayinə aparılır və xərçəngönü xəstəliklər və ya xərçəngin özü inkar edildikdən sonra həkim spiralın qoyulacağı günü təyin edir.Bu dərhal da ola
[1] 2 >>
Cəmi 1929 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024