Zifaf gecəsi (Toy gecəsi) - Cinsəllik (+18)


Geniş Kitabxana
Zifaf gecəsi (Toy gecəsi)
Toy gecəsi oğlan nə etməlidir?-Ölkəmizdə oğlanın qızı,qızın da oğlanı tanıması əsasən toy gecəsində olur.Yəni ilk əlaqə vaxtı. Həm oğlan, həm qız hər ikisi ilk gecəyə həyacan içində girir.Asan deyil bu,bir tərəfdən sevgi və həmin günün yorğunluğu ,o biri tərəfdən bilgisizlik,qorxu,güvənsizlik varsa bunlar cinsi əlaqənin baş tutmamasına və bacarıqsızlığa səbəb olur.Bu da ki, qızla oğlan arasında həvəssizlik və ruh düşgünlüyünə səbəb olur.Gecənin uğurlu olması üçün qız oğlana bildirməlidir ki,o,buna hazırdır ya yox. Bu vəziyyətdə də oğlan qızla biraz sohbət edərək qızdakı həyacanı yox etməyə çalışmalıdır. Oğlan nəzərə almalıdır ki,qız ilk dəfə əlaqəyə girəcək. Qorxu və həyəcanın olması təbiidir.İlk gecədə qız necə davranmalıdır?-Ilk gecə qız sadəcə olaraq Özü-özünü həm psixoloji həm də fizioloji baxımdan cinsi əlaqəyə hazır saxlamalıdır..Ilk öncə onu düşünməlidir ki,həyacanın və qorxunun olmasına heç bir səbəb yoxdur.Nə qədər uzatsalar da onsuz da olmalıdır. Ola bilər ki ,oğlanda həyəcan çox olsun və panikaya qapılsın.Bu halda qız oğlana yardımçı olmalıdır.Həm danışıq həm də sözləri ilə..... Qadin özünü cinsi əlaqəyə tam hazır etdiyi vaxt vajinada(cinsi orqanında) sulanma olur.Bu sulanmada cinsi əlaqəni asanlaşdırır.Belə anda oğlan qıza incitmədən yaxınlaşmalıdır.Qızlıq pərdəsi cırılan anda qızda azacıq ağrı olur.Bu zaman qız bədənini çox boş,sərbəst saxlamalıdır. İlk cinsi əlaqə zamanı mütləqmi qanama olur? Ilk cinsi əlaqə vaxtı qadının qızlıq pərdəsində qanama olmaya bilər.Bu da ki,qızın bakirə olmadığına sübut deyildir.Hər qızın anatomik forması eyni cür deyildir.Qızlıq pərdəsi bəzi anlarda çox qalın olur ki, oğlanın cinsi orqanı içəri girdikdə belə cırılmır.Buna başqa səbəb də ola bilər:qız özünü cinsi əlaqəyə hazır bilmir,qorxu hissi keçirir və öz bədənini gərginlik içində saxlayır.Amma həqiqətəndə problem qızlıq pərdəsinin qalınlığındadırsa o zaman qızı ya ginekologa,ya da cərraha aparmaq lazımdır.Elə qızlar var ki, onlarda qızlıq pərdəsi anadangəlmə olmur.Bunu dəqiqləşdirməkdə həkimlər belə əziyyət çəkirlər. İlk cinsi əlaqə vaxtı qanama hansı miqdarda olmalıdır?Təbii ki,bu da bütün qızlarda eyni deyildir.Hətta o qədər az ola bilər ki,heç bilinməz.Bəzən də çox az halda 30 dəqiqiə davam edə bilər.İlk cinsi əlaqə nə qədər vaxt olmalıdır və neçə gündən sonra təkrarən olmaq olar?İlk gecədən 3 gün keçəndən sonra olmaq daha məsləhətlidir.Çünki,tez olduqda qızda sürtünmədən və əlaqədən yara yarana bilər ki,bu da qanaxmaya səbəb olar..
Cemi 1943 nefer oxuyub
Beyen(464) | Beyenme(337)
Paylaş:
Dostlarınla Paylaş
Whatsapp Facebook Telegram Twitter Viber
Logo

Zifaf gecəsi (Toy gecəsi) məqaləsini oxumaq üçün daxil olun


Zifaf gecəsi (Toy gecəsi), Cinsəllik (+18), Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2021, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus, azerbaycan, android, axtar, yeni, Zifaf gecəsi (Toy gecəsi) - Cinsəllik (+18), yukle

Saytda 85 nəfər
xml | xml2 | html | ror | wiki
MobTop.az
admin@tatli.biz
©Tatli.Biz Company 2010-2021