Hiyləgər qadın

Hiyləgər qadın


eyibdi-deyib qaşlarını sıxdı, mən yavaşca əyilib Əhmədin qulağına pıçıldadım: hələ sən bir bunlara bax hər ikisi evlidi gör necə bir dəqiqənin içində dostlaşdılar hələ necə şirin şirin danışırlar-dedim.Amma sonra da deməyimə peşman oldum Əhməd mənə helə ciddi və narazı bir sifətlə baxdı ki lap utandım və tez pəncərəyə sarı çevrilib yola ətrafa baxdım.

Bayır yaman isti idi hər tərəf od tutub yanırdı, ancaq yaxşı ki içəridə kondisaneri qoşmuşdular yoxsa bürküdən birtəhər olardıq.Yaman susamışdım əyilib çantamdan suqabını götürdüm birdən yenə nəzərim bunlara sataşdı.
-Bəlkə biz yaxından tanış olaq nə olsun ki evliyik dost qalarıq-kişi gülümsəyərək dedi-Biz artıq tanış olmuşuq, yeri gəlmişkən mən də bunu deyəcəkdim amma siz məni qabaqladınız-xanım gülə-gülə cavab verdi
Kişi dərhal əlini pencəyindəki cibinə atıb bir kağız çıxartdı-onda al bu da mənim nömrəm-dedi.Qadın da bunu görcək gülümsədi sonra kağızı götürüb çantasına qoydu.Bir anlıq nədənsə məni gülmək tutdu tez yoldaşımın əlindən tutub dedim: Əhməd dinmə gülməyim gəlir.Əhməd nə baş verdiyini anladı və pıçıltı ilə: Gülnar, bax indi şübhələnəcəklər və hər ikimizə də eyib olacaq-dedi.Bir qədər özümü ələ alandan sonra yerimdə biraz qurdalandım güya oturacağımı rahatlayırmışam kimi sonra yenə göz altı onlara baxdım.

Artıq Qusara çata-çatda idik şəhərin özünə yetişirdik.Biz Qusarın kəndlərinə gedəcəkdik odur ki çatmağımıza hələ 1saat var idi.Ancaq önümüzdəki bəyaqdan bəri xanımla şirin-şirin söhbətləşən cənab deyəsən artıq çatırdı(bunu artıq öz veş vüşlərini yığanda hiss etdim) o ayağa qalxıb dururdu ki birdən xanım ona: düşəndə mənim baqajda 2 böyük çamadanım var onları da qaldırıb gətirərsiz zəhmət deyilsə-deyib
<< 1 2 [3] 4 >>
Cəmi 2259 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024