Hiyləgər qadın

Hiyləgər qadın


Havalar getdikcə yaman qızmağa başlamışdı.Nə də olsa yayın qızmar aylarının çağları idi.Məzuniyyətlər,xoş əyləncələr şəhərin səsli-küylü küçələrindən bir qədər uzaqlaşmaq, sakit dağlar qoynuna sərin güşələrə üz tutumağın vaxtı yetişmişdi.

Elə səhər açılan kimi dünəndən bəri hazırladığımız veş-vüşlərimizi yır-yığış edib yola düşdük.Vağzala tez çatmaq üçün maşın tutduq, nə də olsa gecikərik deyə yaman tələsirdik.Budur saat 9tamamdır yoldaşımla vağzalda sərnişinlər gözləyən yerdə oturacaqların birində əyləşmişdik.Qusara yola düşən avtobus saat 10yarsı yetişəcəkdi.Ətraf adamlarla dolu idi, görünür insanlar şəhərin cansıxıcı həyatınnan yorulub uzaq yerlərə istirahətə üz tuturdular.Birdən mən yoldaşıma sarı çevrilib: Əhməd, deyirəm yamanca darıxmışam oralar üçün artıq indidən burnumun ucu göynəyir-Hə Gülnar, gedirik axır ki dincələcəyik doyuncaq-deyib gülümsədi.Artıq xəbərdarlıq edən bir səs eşitdik və cəld qalxıb bilet almağa tələsdik.Rahat bir avtobus seçib içəri keçərək yerimizdə əyləşdik.Hələ adamlar doluşmamışdı deyə oturacaqların çoxusu boş idi.Birdən Əhməd mənə tərəf çönüb narahat bir halda:Gülnar, yerin rahatdımı?-soruşdu, hə yaxşıdı-cavab verdim.
Budur artıq oturacaqlar yavaş yavaş dolurdu.Bəyaqdan bəri qarşımızda əyləşən xanım mənim diqqətimi yamanca cəlb etmişdi.O, sarışın, bir qədər dolu, 40-45 yaşlı bir qadına bənzəyirdi ancaq geyinib keçimindən hiss olunurdu ki çox baxımlı birisidir.Onu diqqətlə süzdüyümü görüb nəcib bir tərzdə gülümsədi.Mən də sanki pərt olmuş kimi tez nəzərlərimi ətrafa yayındırdım.Qəfildən tələsə-tələsə bir kişinin avtobusa daxil olduğunu və dərhal keçib qarşımızdakı xanımın yanında əyləşdiyini görüb əvvəl elə düşündüm ki bunlar
[1] 2 3 >>
Cəmi 2244 nəfər oxuyub
Bəyənən (506) | Bəyənməyən (391)
Dostlarınla Paylaş

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023