"İnsanın özünü boş yerə xoşbəxt hiss eləməyi şizofreniya əlamətidir"

"İnsanın özünü boş yerə xoşbəxt hiss eləməyi şizofreniya əlamətidir"


Bilmirəm. Nəsə mənə elə gəlir ki, daha heç kimə lazım deyiləm.
- Ərin var?
- Yox.


Gülümsəyir:
- Bəs niyə belə? Maşallah, pis qıza oxşamırsan axı...
Saçlarımı düzəldirəm:
- Komplimentə görə sağ olun, doktor. Amma qarşıma sizin kimi fikirləşən çıxmayıb hələ...


Həkimin üzündə şuluq adamlara məxsus bir ifadə əmələ gəlir:
- Bax, məndən də sənə kar aşmaz haa. Mən evliyəm. Sevgilin də yoxdu?
- Yoox.


Yüngülvari narazılıqla:
- Niyə, sənin kişilərlə nə problemin var axı?
- Problemim yoxdu, amma sevə biləcəyim kişilər, adətən sizin kimi evli çıxır)))
- Sən də sağ ol, komplimentə görə. Amma səni danlamalıyam. Ayıb deyil?!
- Niyə doktor?! Neyləmişəm ki.
- Həm ayıbdı, həm də çox zərərlidi. Evli kişini sevmək olmaz! Əvvəlcə ona görə ki, mentalitetimizə yaraşmaz. İkincisi ona görə ki, sən evli kişini sevə-sevə başqasına ərə getsən, çox bədbəxt olacaqsan. Ərinin ən yaxşı keyfiyyətlərini görməyəcəksən. Mehribanlığı belə səni əsəbiləşdirəcək. Sevdiyin adamı isə əksinə - qaldırıb, dağın başına qoyacaqsan. Sənin üçün əlçatmaz olduğuna görə, hər hərəkətinə heyran olacaqsan.
- Doktor, əlçatmaz deyəndə ki, türkün sözü mən hələ əl atmamışam axı...həm də ki, nə bilmək olar, bəlkə heç əlçatmaz olmayacaq?


Başını bulayır.
- Sonra da deyirsən, niyə ayıb olur?
- Bir də ki mən bunları yaşadığım üçün, onsuz da xoşbəxt olmağı bacarıramsa?
- Qızım, sənin ciddi problemlərin var. Nikbinlik yaxşı şeydir. Amma insan həyatında heç nə yaxşı olmadığı halda özünü xoşbəxt hiss eləyirsə, bu, artıq şizofreniyanın ilkin göstəricilərindəndir.
- Nə gözəl!
- Görürsən, mən sənə problemlərindən danışıram, sən özünü şux aparırsan, öz aləmində məni dolamağa çalışırsan. Ciddi problemdir. Gəl,
<< 1 2 [3] 4 5 >>
Cəmi 2280 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024