"İnsanın özünü boş yerə xoşbəxt hiss eləməyi şizofreniya əlamətidir"

"İnsanın özünü boş yerə xoşbəxt hiss eləməyi şizofreniya əlamətidir"


rahat olur. Heç kim onu qınamır, ittiham eləmir. Amma bizdə özün bilirsən, vəziyyət necədi. Sağlamlığın bir yana, içki içdiyinə görə səni qınayanlar elə əsəblərinin sıradan çıxmasına bəsdi. Bir də deyirəm, nəzərə al, bu çox təhlükəlidi.
- Doktor, bəs uşaqlığım barədə sual verməyəcəksiz?
- O nəyimə lazımdı?
- Nə bilim, bəlkə uşaqlıqda travma almışam?
- Belə rahat danışa bilirsənsə, deməli travma-zad almamısan. Özün də kinolara az bax. «Uşaqlığımdan danışım» - hələ bir mənə işimi öyrədir. Xəstəm olmayaydın, əməlli-başlı döyərdim səni. Get, qızım, get...o biri həkimlə də, mənnən danışdığı kimi danışma. Ağlın mənə getməsin, o belə üzüyumşaq deyil.


Gülürəm:
- Yaxşı, bəs məni qəzəbli adamın yanına niyə göndərirsiz?
- Sənin bu dəqiqə mərhəmətdən daha çox, qəzəbə ehtiyacın var, bala.
- Doktor, siz həm də filosofsuz?
- Bəs nə, elə bilirdin ağıllı təkcə sənsən?


Kabinetdən çıxıram. Növbəti xəstə artıq burdadır, öz saatını gözləyir. Psixiatr qəbuluna gələnlərin hamısının üzündə adətən eyni ifadə olur. Həkimin yanına gələn, üzünə baxmalı olduğu başqa xəstələrə bir az utana-utana, bir az qarşısındakının da halına yana-yana, bir az da gizlədə bilmədiyi maraqla baxır. Ürəkli olanlar, marağını boğa bilməyənlər dərdini soruşur, çəkingənlər isə sual dolu gözlərlə baxmağa davam eləyir.


Yadıma qəfildən İlyas Ərnəfəs düşür. Onun üzündəki ifadəni xatırlayıram: bu, hər şeyi bilən adamlara xas ifadədir.
Sağalmaq üçün bəzən həkimlərin yox, xəstələrin sözünə baxmaq lazımdır. Amma heyf ki, hərdən onlar da söz demir.
Resepti açıb oxumadan tullayıram: daha adını bilmədiyim psixotrop yoxdur.
<< 1... 4 5 [6]
Cəmi 2281 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 231 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024