Mollanın zövcəsi və eşq-i ehtiras... (Hekayə)

Mollanın zövcəsi və eşq-i ehtiras... (Hekayə)


özümlə birlikdə insanları da ağladırdım. Qocalar, qadınlar, gənclər, uşaqlar əllərini sinəsinə qoyub hər dəfə dua oxuduqdan sonra hamısı birlikdə ” Amin ” deyə sələnir, hər "Amin” səsində quşlar qorxub havaya uçurdu. Məscidin ayparasının üzərindəki tək quş da sanki dayanıb mənə qulaq asıb, göz yaşı tökürdü.
İzdahamı nəzərə alan dövlət qurumları, bura çoxlu polis və təcili tibbi yardım maşınları da göndərmişdi. Belə bir dini gündə də insanları başa düşmək olmurdu, bəzi gənclər bura lağ-lağı üçün sanki gəlmişdilər. Mən izdaham arasında gəzərkən, bir qrup gənclərin arasında bir oğlan özünü döymək əvəzinə sanki qəsdən gülür, insanlar sinəsini vurada, o da tez-tez sağ əlini alman faşistləri kimi havaya qaldırıdı. Bunu başa düşən mömin qardaşlarımız o oğlanı qəşəngcə əzişdirdilər. Çox keçmədi ki, polislər gəlib o oğlanı apardı.
Hava çox soyuq olduğundan, əllərimi əbamın altından çıxartmırdım. Qurulan mağarlarda ehsan çayı içib, qalanan ocaqların başında oturub tez-tez saqqalımı sığallaya-sığallaya qızınırdım. Qətl sınana yaxın insanlar da çoxalırdı. İmam Hüseyn aşiqlərinin yaşından, cinsindən asılı olmayaraq İmamzadənin ətrafında dövrə vurur, çoxları dua edir, çoxları divara qənd yapışdırıb, ağaca kəndir bağlayıb fal edirdilər. Çoxları əhd edərək 10-15 kilometr yolu sürünə-sürünə, kimlərsə ayaqqabısız gəlmişdi. Mənə ən pis təsir edən hadisə isə, qəbrlər arasında dilənçi qıza pul verib mazaxlaşan gənci görmək oldu.
Çayı içib bitirdikdən sonra başqa yerdə moizə demək üçün izdahamın içərisindən keçirdim, bu vaxt izdahamın içərisindən ” Kömək eliyin” deyə bir qadın fəryadı eşitdim. İzdahamı yara-yara oraya getdim. Bir 13-14 yaşlı qız uşağı özündən keçmişdi və başı üzərində anası
<< 1 [2] 3 4...16 >>
Cəmi 2783 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024