Məzarda dəhşətli bir gecə

Məzarda dəhşətli bir gecə


Bu gün atam öldü. Bəlkə də dünən ölüb, mənə indi zəng eləyib dedilər. Artıq 12 ilə yaxın olardı ki, atamı görmürdüm. Çünki, hələ 18 yaşımda kənddən işləmək adı ilə Bakıya getdiyimdə, Nigarla tanış olmuşdum. Onu həqiqətən çox sevmişdim. İlk sevdiyim qız da məhz o idi. Şəhərli qızı sevmək çətin olsa da, tez bir zamanda işlədiyim barda onunla söhbət etmiş, könlünü qazanmışdım. Onun bar qızı olması məni maraqlandırmırdı, əsas odur ki, mən onu, o da məni sevirdi. Nigarı da götürüb kəndə gedəndə atam Nigarla evlənməyimə halallıq verməmiş, əgər onunla birlikdə olarsam, övladlıqdan çıxaracağını hiddətlə söyləmişdi. Sevginin hər şeydən üstün olmasını, zamanla atamın da yumşalacağını fikirləşib, Nigarla birlikdə olacağımı qərara aldım. Atam məndən üz döndərdi. Hər kəs uşaqlığımda mənə deyirdi ki, atana çox oxşayırsan. Həqiqətən elə idi. Nə istiyirəmsə onu edirdim. Atam kimi idim. Bununla atam fəxr edirdi, ancaq Nigarla ailə qurmaq istəməyimə etirazı hər şeyi dəyişdirdi. Elə o gündən Bakıya gedib, bir daha kəndə geri dönmədim. Qonşumuz Aybəniz xalanın telefonuma zəng etməyi və məni anda verib atamı son mənzilə yola salmaq üçün kəndə gəlməyimi söylədi.
3 il sonra Nigar məndən ayrılmışdı. Əslində, bir heç üçün atama üz döndərmişdim. Söz ağzından bir dəfə çıxar fikirləşib, atamın məni çağırmasına qədər heç vaxt ona yaxınlaşmadım və o da heç vaxt məni axtarmadı.
12 il bir-birimizi görməməyimizə səbəb, atamın ölümü məni sarsıtmadı. Ancaq, dəfn üçün kəndə getmək lazım olduğunu fikirləşib, maşınıma minib, kəndə tərəf sürməyə başladım.
Kəndimiz çox uzaqda, Gədəbəyin Zəyə vadisində "Haçaqaya" adlı kəndində yerləşirdi. Haçaqaya ona görə deyilirdi ki, ucqar dağın başında iki aralı 100 metr
[1] 2 3...8 >>
Cəmi 2315 nəfər oxuyub
Bəyənən (469) | Bəyənməyən (387)
Dostlarınla Paylaş

Saytda 103 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023