Belə övlad varmış...

Belə övlad varmış...


Bir yaşlı qadın günlərin bir
günü oğlunun evinə köçür.
Oğlunun yoldaşı və 4 yaşlı
oğlu var imiş. Qadın çox yaşlı
idi, gözləri zəif görürdü,
əlləri əsirdi. Hər axşam bütün
ailə ilə birlikdə masa
arxasında əyləşib nahar
edərdilər. Yaşlı qadının əlləri
əsdiyindən yemək yeyərkən
əziyyət çəkirdi, çox vaxt isə
yeməyi süfrəyə dağıdardı.
Bir neçə gündən sonra bu hal
oğlu ilə gəlini narahat
etməyə başlayır. Oğlu bu hala
bir çarə tapır, çarə isə otağın
küncündə balaca stol
qoymaq və anasının orada
yemək yeməsi idi. Yaşlı qadın
hər axşam gözüyaşlı tək
küncdə yerləşən stolda nahar
edirdi. Yeməyi isə taxta
qabda verilirdi. Balaca uşaq
hər şeyi görüb başa düşürdü.
Bir gün atası uşağın
taxtalarla oynadığını görür.
"Oğlum nə düzəldirsən?"
deyə soruşduqda. Uşaq tam
əmin şəkildə və
gülümsəyərək: "Ata taxtadan
anamla sənə qab düzəldirəm,
mən böyüyəndə siz bu
qabdan yemək yeyəcəksiz"
deyə cavab verərək başını
aşağı salıb işinə dəvam edir.
Uşağın cavabına donub qalan
ata və ana nə deyəcəklərini
bilmədilər. Hər ikisi də böyüş
peşimançılıq hissi keçirir.
H'əmin axşam oğul anasının
qoca titrəyən əllərindən
tutaraq onu masa arxasında
əyləşdirir və çox peşiman
olduğunu etiraf edir. O
gündən yaşlı qadın süfrəyə
yemək dağıtsa belə evdə heç
kəsi narahat etmirdi.
Cəmi 2280 nəfər oxuyub
Bəyənən (533) | Bəyənməyən (479)
Dostlarınla Paylaş

Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023