Tatli.Biz > Hamiləlik və cinsi əlaqə - Cinsəllik (+18) | Tatli.Biz

Geniş Kitabxana
Hamiləlik və cinsi əlaqə
Əgər hamiləliyiniz normal keçirsə, özünüzü yaxşı hiss edirsinizsə, hamiləliyin əvvəlindən axırına qədər sekslə məşğul ola bilərsiniz! Unutmayın ki, balanız ilk günlərdən məhəbbət dolu mühitdə böyüməlidir. Ancaq bəzi həkimlər hamiləliyin ilk həftələrində ehtiyatlı olmağı tövsiyyə edir. Siz nədənsə narahatsınızsa, həkimə müraciət edin. Kitablardan oxuduqlarınızla, ya da rəfiqələrinizin məsləhətləriylə kifayətlənməyin.


Hamiləlik dövründə yalnız bir neçə halda seksin təhlükəsi olar;
• uşağın düşməsi təhlükəsi varsa və siz əvvəl də tez-tez uşaq salmısınızsa;
• cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem varsa;
• çoxdöllü hamiləlik zamanı;
• sizdə, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli, xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır, yalnız bundan sonra hamiləlik barədə düşünmək məsləhətdir).

Cinsi əlaqənin gələcək körpəyə zərəri yoxdur ki?
Yox. Uşaqlığın qalın əzələli divarları, eləcə də başqa orqanlar dölü qoruyur.
Düzdür, orqazmdan sonra dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola bilərsiniz. Onun heç nədən xəbəri yoxdur!


Bəs orqazm doğuşu tezləşdirmir ki?
Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə, uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni seks sancıları "gətirə” bilər.


Hamiləlik dövründə qadının seksə marağı azalır?
Bu suala bir sözlə cavab vermək mümkün deyil. Bəzi hamilələrin, əksinə seksə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər. Amma bəzi hamilələrdə cinsi əlaqəyə maraq azalır, ya da tamam olür.
Çox vaxt hamiləliyin ilk 3 ayında seksə maraq azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir.
İkinci 3 ay ərzində seksə maraq adətən bərpa olunur. Hamilənin bədənində qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar. Odur ki. fürsəti əldən verməyin.
Son 3 ayda yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır.

Bəs ərinizin cinsi istəkləri...

Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər.
Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə təsir göstərir.
Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır.

Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin. Hamiləlik dövründə seks çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur!
Cemi 913 nefer oxuyub
Beyen(209) | Beyenme(190)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Hamiləlik və cinsi əlaqə - Cinsəllik (+18) | Tatli.Biz
Hamiləlik və cinsi əlaqə məqaləsini oxumaq üçün daxil olun
Hamiləlik və cinsi əlaqə, Cinsəllik (+18), Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 61 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2020, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | mp3 | video

©Tatli.Biz 2010-2020