Tatli.Biz > İlk seksin qorxuları - Cinsəllik (+18) | Tatli.Biz

Geniş Kitabxana
İlk seksin qorxuları
İlk seksual təcrübə sovet dövrü ilə müqayisədə
indi nisbətən asanlaşıb. İnternet əsrinin olduğunu
nəzərə alsaq, bu mövzuda gənclərin nə qədər
sərbəst olduğunu anlamaq elə də çətin deyil.
Amma bu məsələnin təhlükəli tərəfləri də
mövcuddur.
Androloq-seksopatoloq Həsən Səmədov mövzu ilə
bağlı Modern.-a açıqlamasında bildirib ki, ilk
seksual təcrübə ilə əlaqədar gənclərin cinsi
yetişkənlik dövründə az maariflənməsi onları ağır
xəstəliklərə düçar edə bilər. “12-15 yaş arası
kişilərdə cinsi yetişkənlik dövrüdür. Bu dövrdə
qana çox miqdarda hormon sintez olunur və
kişilərdə cinsi həvəs oyanır. Bu dövrdə məlumatın
azlığı, savadsızlıq təsadüfi cinsi əlaqələrə gətirib
çıxarır. Əsas məsələ də budur ki, gənclər
tanımadığı insanlarla, bilmədiyi yerdə cinsi
əlaqədə olurlar. Əksəriyyət hətta qoruyuculardan
istifadə etmir, bu da infeksiyalara yoluxmaya
gətirib çıxarır. Bu infeksiyalar honoreya, siflis,
trixomoniaz və son dövrlərdə də geniş yayılan
hepatit C və AİDS kimi xəstəliklərdir”.
Seksopatoloqun sözlərinə görə, cinsi yolla yoluxan
infeksiyalardan başqa, ilk cinsi əlaqədə baş verən
psixoloji problemlər sonradan psixoloji cinsi
zəifliyə də gətirib çıxarır.
“Psixoloji cinsi zəiflik kişilərin gələcək həyatında
ona problemlər yaradacaq. Belə ki, növbəti
qadınla olan münasibətində və yaxud da ailə
həyatı qurandan sonra olan münasibətdə psixoloji
problemlər yaşanır. Bundan başqa, kifayət qədər
müxtəlif problemlər ola bilər. Təsəvvür edin ki,
lüğətdə nə qədər söz varsa, o qədər də müxtəlif
ola bilər. Bundan başqa hansısa faktor və səbəb
gənc kişinin xoşuna gəlməyə bilər. Məsələn,
qadının danışığı. Belə ki, beynində qurduğu qadın
obrazının onun fikrinə uyğun gəlməməsi, gördüyü
ilə düşündüyünün eyni olmaması, qadının ona
dediyi bəzi sözlər və fikirlər, qadın cinsi orqanına
qarşı olan ikrah hissi, iyrənmə və s. bu tipli
problemlər gələcəkdə psixoloji gərginlik yarada
bilər”.
H. Səmədov sovet vaxtı gənclərdə daha sürətlə
cinsi fəaliyyətə səy yox idi. “İndi isə cinsi
yetişkənliyə çatan uşaqlar bir-biri ilə bəhsə
girirlər ki, kim tez cinsi əlaqədə oldu və kim necə
oldu... Və hər kəsin özünəməxsus olan sözləri
artıq bir neçə nəfərin arasına bəhs və mübahisə
eləmək vasitəsi kimi istifadə olunur. Amma sovet
dövrü bu söhbətlər qapalı idi. Belə ki, o vaxt
gigiyena və epidemiologiya qaydaları daha yüksək
səviyyədə idi. İndi bəzən insanlar xəstələnir,
infeksiya daşıyıcısı olur və bununla bərabər onu
müalicə etdirmir. Hətta bilə-bilə bir-birinə
yoluxdururlar”.
Seksopatoloq sözlərinə görə, sovet dövrü ilə
müqayisədə indi gənclər seks və cinsi əlaqə
barədə düşüncələri gizli saxlamırlar. “Fahişələrlə
qeyri-ənənəvi cinsi əlaqə gənclərdə bir sıra
problemlərə gətirib çıxarır. Anal və oral sekslə
yoluxan elə infeksiyalar var ki, onlara hətta adi
dərmanlar təsir etməyə bilir”.
Həkim-mütəxəssis gənclərə öz məsləhətini
bildirib: cinsi əlaqədə olmaq həvəsinə düşəndə
tanımadıqları və bilmədikləri adamlarla cinsi
əlaqədə olmasınlar. “Qoruyucudan mütləq istifadə
edilməlidir, kim yoluxucu xəstəlik tapıbsa, dərhal
həkimə müraciət etsin”.
Cemi 977 nefer oxuyub
Beyen(206) | Beyenme(149)
Paylaş:
Dostlarınla Paylaş

Logo
İlk seksin qorxuları - Cinsəllik (+18) | Tatli.Biz
İlk seksin qorxuları məqaləsini oxumaq üçün daxil olun
İlk seksin qorxuları, Cinsəllik (+18), Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 45 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2020, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | mp3 | video

©Tatli.Biz 2010-2020