Toy gecəsi diqqətli olun

Toy gecəsi diqqətli olun


əlaqəyə aktiv müqaviməti nəticəsində ola bilər. Amma bir müddət sonra bu problem həll olunur.
Əfsuslar olsun ki, çox vaxt toy gecəsi xoşbəxt ailə həyatının başlanğıcı yox, sonsuz dava-dalaşın, incikliyin başlanğıcı olur. Əgər toy gecəsi kişi qadını zorlayırsa, o qadında həmişəlik seksə nifrət yarana bilər. Ümumiyyətlə, normal cinsi həyatın yaranması üçün ailədə bir-birlərinə qarşı sevgi, hörmət, anlayış olmalıdır. Ər-arvadın biri o birinin yorğun, xəstə olduğunu hiss etdikdə, yaxud kişi qadının «qadağan günləri» olan aybaşı və hamiləliyin, doğuşun sonrakı günlərində cinsi əlaqə istəyini büruzə verməməlidir.
Ər «kişiliyini» elə mütləq toy gecəsimi göstərməlidir?
Gənc ərlərin arasında belə bir inam var ki, mane ola biləcək bütün səbəblərə baxmayaraq ilk cinsi əlaqə birinci nigah gecəsi olmalı, ər öz «kişiliyini» elə o gün göstərməlidir. Öz məqsədinə çatmaq üçün kişi kobudluqla, hörmətsizliklə, bəzən güclə cinsi əlaqədə olmağa çalışırlar. Kobudluq və gücün tətbiq olunması nəticəsində bəzi qadınlarda çox çətin müalicə olunan vaginizm vəziyyətinin əmələ gəlməsinə səbəb olur ki, bu da budların, aşağı ətraf əzələlərin qeyri-iradi qıc olmasıdır. Ər arvaddan yüz dəfə üzr istəsə də, qadın ərini bağışlasa da artıq normal cinsi əlaqə mümkün olmur.
Son olaraq, söhbət apardığım bir neçə xanımın təcrübələrinə əsasən deyə bilərəm ki, heç də hamıda ağrı hissi olmur. Çox adam demək ki, qızlıq pərdəsinin pozulmasını ani bir ağrı olaraq hiss edir və o da qısa zamanda ötüb keçir.
<< 1 2 [3]
Cəmi 2758 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024