Kimlər internet aludəçisidir?

Kimlər internet aludəçisidir?


Ankara Psixiatriya Klinikasında çalışan həkim Tuncer Okayın İnternet Araşdırma Komissiyasına "İnternet asılılığı" başlıqlı hesabat təqdim edib. Hesabatda bildirilir ki, "internet asılılığı" diaqnozu qoyulan şəxslərin maddə asılılığına olan meylliliyi psixiatriya klinikalarında başlıca araşdırma mövzusu olub. Psixiatr Kimberly Youngun "İnternetdən asılılığın meyarları" adlı yazısının dərc edildiyi hesabatda bu asılılığın növləri arasında pornoqrafik ehtirasın ilk sıralarda yer aldığı bildirilir. Ondan sonra oyun oynama, ictimai media fəaliyyətləri, internetdən alver etmə və qumar gəlir. Youngun başlıca meyarları Hesabatda Youngun başlıca meyarları belə sıralanıb: - Zehni daimi olaraq internetlə məşğul etmək (fasiləsiz olaraq interneti düşünmək, internetdəki fəaliyyətlərin xəyalını qurmaq, internetdə edilməsi planlanan bir sonrakı fəaliyyəti düşünmə və s.) - Həzz almaq üçün getdikcə internetdən daha çox istifadə etməyə ehtiyac duymaq. - İnternetdən istifadəyə nəzarət etmə, istifadəni azaltma və ya internetdən tamamilə imtina etməyə müvəffəqiyyətsiz cəhdlərin olması. - İnternetdən istifadəsinin azaldılması və ya tamamilə kəsilməsi vəziyyətində narahatlıq və ya əsəbi olmaq. - Planlaşdırılandan daha uzun müddət internetdə məşğul olmaq. -Həddindən artıq internetdən istifadə etmək səbəbiylə dostlarla, ailə, məktəb və ya iş yerində problemlər yaşamaq, təhsil və karyera ilə əlaqədar hər hansı şansı təhlükəyə atmaq, ya da itirmək. - Başqalarına (ailə, dostlar və s.) internetdə olma müddəti ilə əlaqədar yalan danışmaq. Xarakterizə edilən xəstələrin nisbətinin ümumi istifadəçilərin 1.98-3.5 %qədər olduğu, internet asılılığı baxımından risk altında ola biləcəyi düşünülən istifadəçilərin nisbətinin isə 8.68-18.4% arasında olduğu qeyd edilib.
[1] 2 >>
Cəmi 1128 nəfər oxuyub
Bəyənən (232) | Bəyənməyən (197)
Dostlarınla Paylaş

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023