Müdriklərdən kəlamlar

Müdriklərdən kəlamlar


Dedim ki,ürəyim elmdən xəbərsiz olmamışdır. sirrlər qaldı ki, mən onları başa düşməyəm. İndi ki ağlın gözü ilə baxıram məlum oldu ki, hələ heç bir şey bilmirəm. *** Xörəyi keyf üçün deyil, səhhət üçün yeyərlər. *** Hər kəs ki, xeyri öyrədər özgəyə, özü əməl eləməz. O, kor kimidir ki, əlində çıraq ola, özgələr onun çırağı ilə yol taparlar amma özünə bir faydası olmaz. *** O, kəs ki, özgənin sirrini sənə deyir, Sənin də sirrini özgəyə deyər. ***Yaxşı kürəkənə rast gələn daha bir oğul tapır,pisinə rast gələn isə qızını itirər. *** Qanunlar hörümçək toruna bənzəyir, zəiflər onda dolaşıb qalır,güclülər isə qırıb qurtarır. *** Əmr verməzdən qabaq itaət etməyi öyrən. ***Dilini ram elə, xüsusilə qonaqlıqda. ***Qoyma dilin ağlından qabağa düşsün. *** Yaxşı rəhbərlik etməyi evındə öyrən. ***Naməlum olan nədir?-Gələcək. Etibarlı olan nədir?-Torpaq. ***Axmaqları söz yox, bədbəxtlik ağıllandırır. *** Şərait dəyişəndə də, cox qüdrətli şəxslər zəiflərdən geridə qalır. *** Əgər birini dövlətli etmək istəyirsənsə, onun nə pulunu artır, nə də pula hərisliyini. ***Dirilik od kimidir əvvəli alov və axırı kül. ***Xoşbəxt var-dövləti olan deyil ,dövlətə ehtiyacı olmayandı. ***Dövlətlilərin çoxu sərvətlərinin sahibi deyil, qarovulçularıdır. *** Demokrit bir dəfə bir nadanın durmadan danışdığını görüb, belə demişdir:-Bu, adam danışmamağı bacarır, amma susa bilmir. *** Adamların çoxu başlarına gələndən qətiyyən ağıllanmırlar. ***-Hamı üçün ümumi olan şey nədir? -Ümid.Çünki heç nəyi olmayanın da ümidi var. -Ən çətin şey nədir? -Özünü dərketmə. -Ən asan şey nədir? -Başqasına məsləhət vermək. -Bədbəxtliyi nə vaxt yüngül keçirmək olar? -Düşməni daha pis vəziyyətdə görəndə.
Cəmi 1156 nəfər oxuyub
Bəyənən (243) | Bəyənməyən (210)
Dostlarınla Paylaş

Saytda 212 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024