Tozsoranlar sağlamlığa zərərlidir

Tozsoranlar sağlamlığa zərərlidir


Səs-küy - normal eşitmə səviyyəsindən yüksək hər cür səsə verilən addır. Hava fişəngləri, silah səsi kimi çox yüksək səslərləyanaşı, evimizdə istifadə etdiyimiz zənglər, tozsoranlar və elektrik ev alətlərinin səsi də çox yüksəkdir. Bu səbəblər eşitmə problemlərinə yol aça bilər. Evdə istifadə etdiyimiz tozsoranlar, ümumiyyətlə, bir dəfədə ən az 20 dəqiqə işlədilən ev alətidir. Bu cür bir alətin davamlı səsi yorğunluğa, baş ağrısına, körpəniz varsa, onda narahatlığa və eşitmə problemlərinə yol aça bilər. Bu alətlərin səbəb olduğu səs-küy, fiziki və zehni stress səviyyəsini də artırar. Xüsusilə uşaqlarda öyrənmə və oxumağı mənfi istiqamətdə təsir edə bilər. Bu səbəblə mütəxəssislər və Dünya Sağlamlıq Təşkilatı, evdə istifadə etmək üzrə seçilən elektrikli cihazların səs səviyyələrinə diqqət yetirmək lazım olduğunu vurğulayır. Xanımlar tozsoranla təmizlik edərkən, başları ağrıyır və tərləyirlər. Bu tərləmənin yorulma nəticəsində olduğunu zənn edirlər. Halbuki, bu tərləmənin səbəbi, süpürmə əsnasında ətrafa sıx bir şəkildə sovrulan toz, axıntının tənəffüs yoluyla bədənə girməsi, bədənin müdafiə etmə mexanizminin histamin ifraz etməsi və bunun nəticəsində, ürəyin çox işləməsidir. Bu vəziyyətdə toza qarşı allergiya və bronxit xəsytəliklərinin əlamətləri meydana gəlir. Bəhs edilən axıntılar; insan dərisi, kəpək və tük artıqlarıyla bəsləndiyindən, yataq otaqlarında və yatağımızda bunların sayı milyonlarladır. Bu varlıqlar açıqda olan qidaların üzərinə mövcud olur. Məsələn, nahar nimçəsində olan yağ, cem, zeytun, pendir kimi qidaların üzərini qısa bir müddət içində örtüb, uyğun mühiti tapdıqları təqdirdə sürətlə çoxalırlar. Tozsoranlar təmizlədiyimizi zənn etdiyimiz səthlərdən süpürdüyümüz
[1] 2 >>
Cəmi 1167 nəfər oxuyub
Bəyənən (226) | Bəyənməyən (221)
Dostlarınla Paylaş

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024