Louis Vuitton kimdir?

Louis Vuitton kimdir?


Louis Vuitton 4 Avqust 1821-ci ildə Fransanın şərqində yerləşən Anchay adlı kiçik bir kənddə doğulmuşdur. Atası əkinçi, anası dərzi olan Fransız stilist anasını hələ 10 yaşında olarkən itirir. Anasının vəfatından sonra atası yenidən evlənir. Ancaq evə yeni gələn ögey ana olduqca sərt və xain bir qadın olur. Əzmli və inadçı şəxsiyyətiylə daha kiçik yaşda diqqət çəkən fransız stilist ögey anasıyla aralarındakı söz-söhbəttən bezərək 14 yaşında tək başına evi tərk edir və Parisə doğru gedir. Bu səfər əsnasında qarın doyuracaq işlərdə işləyir və harada bir sığınacaq tapsa orada da qalırdır. İki il müddətində təxminən 470 km yol qət edərək sonda 1837-ci ildə xəyallarının şəhəri olan Parisə çatır. Parisə gələndə XIX əsrdə Avropada olduqca prestijli bir iş sahəsi olan sandıq istehsalı və qablaşdırma sektorundakı ən məşhur fabriklərdən Monsieur Marechalda şagird olaraq işə başlayır. Vuittonun Parisə gəlişindən təxminən 17 il sonra 1852-ci ildə Napoleon BonapartınIIINapoleon adıyla Fransa İmperatoru olaraq taxta keçməsi Vuittonun həyatında bir dönüş nöqtəsi yaradır.IIINapoleonun həyat yoldaşı ispan Kontes Eugenie də Montijo Luois Vuittonu şəxsi sandıq emalatçısı olaraq saraya alır. Bundan belə Vuitton kral ailəsinə xidmət edəcəkdir. Onu bu yolda tək qoymayan həyat yoldaşı da ona əlindən gələn köməliyi əsirgəmir. Vuitton irəlidə beynəlxalq moda tarixinə damğasını vuracaq olan Louis Vuitton Malletier moda evini isə 1854-cü ildə Parisdə açır. 1858-ci ildə su keçirməyən, boz rəngdəki Trianon kətandan, daşımağı asan olan yüngül və düz formalı sandığı icad edir. O dövrdə çemodan olaraq da istifadə edilən sandıqlar Vuittonun bu icadından sonra daha asan aparıla bilən bir hala gəlmişdir və bu zaman dövrün digər sandıq emalatçıları tərəfindən təqlid
[1] 2 3 >>
Cəmi 1307 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 77 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023