Louis Vuitton kimdir?

Louis Vuitton kimdir?


edilməyə başlamışdır. Bu məhsulun təqlid edilməsindən xoşlanmayan Vuitton boz Trianon naxışını bej və qəhvəyi xətlərdən ibarət olan naxışla dəyişdirir. 1885-ci ildə Londonda Oxford Streetdə açdığı mağazanın dərhal ardından təqlidçilərə maneə törətmək üçün başqa bir fikirlə "marque L. Vuitton déposée" (L. Vuitton qeydə alınmış ticarət nişanıdır) logolu Damier kətan naxışını çıxarmağa başlayır. Ancaq bu logo da günümüzə qədər LV markasının çatmasına əngəl olmayacaqdır. 1892-cii ildə günümüzün ən trend markasının qurucusu Louis Vuitton həyata vida deyir. Louis Vuittonun ölümündən sonra şirkət rəhbərliyi Louis Vuittonun oğlu Georges Vuittona keçmişdir. Atasının ölümünün ardından Georges Vuitton LV markasını dünyaya tanıtmağı hədəf tutaraq 1893-cü ildə Chicago Worlds Fair LV məhsullarını sərgiyə qoymuşdur. Aradan 3 il keçdikdən sonra isə şirkət LV simvolu və dörd yarpaqlı çiçək naxışlı Monogram kətan bazara təqdim etmişdir. Hal-hazırda da hələ sevilərək istifadə edilən LV çemodan, çanta və pulqabılarında tez-tez rast gəlinən bu naxış Yapon və Şərq mədəniyyətindən qaynaqlanmışdı. 1901-ci ildə şirkət Louis Vuitton çemodanlarının içinə yerləşdirmək üçün daha kiçik bir çantanı "steamer bag" olaraq bazara təqdim etmişdir. Parisin məşhur Champs-Elysees küçəsində böyük Louis Vuitton mağazası dövrünün ən geniş səyahət məhsulları mağazası olaraq 1913-ci ildə açılır. Bu böyük mağazadan Nyu York, Bombey, Vaşinqton, London, İsgəndəriyə və Buenos Ayresdə da istifadəyə verildi. Daha sonrakı illərdə, indiki vaxtda da gündəlik həyatımızda və hətta məşhur ulduzlarda da gördüyümüz fərqli çanta modellərinin istehsalı başlayır. Tədricən dəri bütün LV məhsullarında istifadə edilir. 1970-ci illərin sonlarına doğru Yaponiyada açılan LV
<< 1 [2] 3 4 >>
Cəmi 1325 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024