Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər

Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər


Paltar bədənin istilik vermə funksiyasının tənzimlənməsini təmin edir,onu əlverişsiz metereoloji amillərdən, xarici çirklənmədən, mexaniki təsirlərdən mühafizə edir, insanın ətraf mühit amillərinə adaptasiya vasitəsi rolunu oynayır. İnsan orqanizminin müxtəlif fizioloji xüsusiyyətlərindən, yerinə yetirdiyi işin xarakterindən və ətraf mühit şəraitindən asılı olaraq paltarın bir neçə tipi vardır: məişət, peşə, idman, hərbi, xəstəxana paltarları və s. Gündəlik paltarlara aşağıdakı gigiyenik tələblər qoyulur: 1. Paltar paltaraltı sahədə optimal mikroiqlim yaratmalı və orqanizmin istilik şəraitini təmin etməlidir.2. Tənəffüsü, qan dövranını və hərəkəti çətinləşdirməməli, daxili orqanlara, dayaq-hərəkət aparatına təsir etməməlidir. 3. Lazımi dərəcədə möhkəm olmalı, çirklənmədən asanlıqla təmizlənilməlidir. 4. Ətraf mühitə toksik maddələr xaric etməməli, dəriyə və ümumiyyətlə orqanizmə mənfi təsir göstərən fiziki və kimyəvi xassələrə malik olmamalıdır. 5. Nisbətən az kütləyə malik olmalıdır (insanın bədən çəkisinin 8-10%-ə qədər). Paltarla bədən arasındakı mikroiqlim mühüm gigiyenik əhəmiyyətə malikdir. Ətraf mühitin temperaturu 9-220C olduqda paltarın altında mikroiqlim göstəriciləri aşağıdakı kimi olmalıdır: havanın temperaturu -32,5-34,5⁰C, nisbi rütubət- 55-60%, CO2 (karbon qazı) konsentrasiyası -1,0-1,5%-ə qədər. Paltarın gigiyenik xassələri əsasən parçanın növündən, paltarın hazırlanma xarakterindən və formasından asılıdır. İstifadə olunan parça iqlim şəraitinə uyğun istilik keçiriciliyinə, lazımi dərəcədə hava keçiriciliyinə və rütubət tutumuna malik olmalı, qıcıqlandırıcı xassəsi olmamalıdır. Parça yumşaq, elastik və möhkəm olmalı, istifadə olunduqda öz gigiyenik xassələrini dəyişməməlidir. Parçada su buxar və ya
[1] 2 3 >>
Cəmi 1291 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023