Tatli.Biz > Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər - Qarışıq Məqalələr | Tatli.Biz

Geniş Kitabxana
Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər
Paltar bədənin istilik vermə funksiyasının tənzimlənməsini təmin edir,onu əlverişsiz metereoloji amillərdən, xarici çirklənmədən, mexaniki təsirlərdən mühafizə edir, insanın ətraf mühit amillərinə adaptasiya vasitəsi rolunu oynayır. İnsan orqanizminin müxtəlif fizioloji xüsusiyyətlərindən, yerinə yetirdiyi işin xarakterindən və ətraf mühit şəraitindən asılı olaraq paltarın bir neçə tipi vardır: məişət, peşə, idman, hərbi, xəstəxana paltarları və s. Gündəlik paltarlara aşağıdakı gigiyenik tələblər qoyulur: 1. Paltar paltaraltı sahədə optimal mikroiqlim yaratmalı və orqanizmin istilik şəraitini təmin etməlidir.2. Tənəffüsü, qan dövranını və hərəkəti çətinləşdirməməli, daxili orqanlara, dayaq-hərəkət aparatına təsir etməməlidir. 3. Lazımi dərəcədə möhkəm olmalı, çirklənmədən asanlıqla təmizlənilməlidir. 4. Ətraf mühitə toksik maddələr xaric etməməli, dəriyə və ümumiyyətlə orqanizmə mənfi təsir göstərən fiziki və kimyəvi xassələrə malik olmamalıdır. 5. Nisbətən az kütləyə malik olmalıdır (insanın bədən çəkisinin 8-10%-ə qədər). Paltarla bədən arasındakı mikroiqlim mühüm gigiyenik əhəmiyyətə malikdir. Ətraf mühitin temperaturu 9-220C olduqda paltarın altında mikroiqlim göstəriciləri aşağıdakı kimi olmalıdır: havanın temperaturu -32,5-34,5⁰C, nisbi rütubət- 55-60%, CO2 (karbon qazı) konsentrasiyası -1,0-1,5%-ə qədər. Paltarın gigiyenik xassələri əsasən parçanın növündən, paltarın hazırlanma xarakterindən və formasından asılıdır. İstifadə olunan parça iqlim şəraitinə uyğun istilik keçiriciliyinə, lazımi dərəcədə hava keçiriciliyinə və rütubət tutumuna malik olmalı, qıcıqlandırıcı xassəsi olmamalıdır. Parça yumşaq, elastik və möhkəm olmalı, istifadə olunduqda öz gigiyenik xassələrini dəyişməməlidir. Parçada su buxar və ya damcılar şəklində ola bilər. Tünd rəngli parçalar istiliyi açıq rəngli parçalara nisbətən çox udur. Parçanın ultrabənövşəyi şüa keçirməsi mühüm xüsusiyyətlərdəndir. Sintetik parçalardan kapron, neylon ultrabənövşəyi şüaları 50-70% buraxır. Asetat liflərdən olan parçalar 0,1-1,8% keçirir. Sıx yun, sətin parça bu şüaları pis, çit və pambıq parçalar isə yaxşı keçirir. Polimer əsaslı parçadan keçən ultrabənövşəyi parçalar özünün bioloji təsir xassələrini saxlayır. Kapron parçadan keçən şüalar 5 dəqiqəyə bağırsaq çöplərinin, qızılı stafilokokların və digər bakteriyaların 97,0-99,9%-ni məhv edir. Paltarı geyindikdən bir müddət sonra köhnəldikdə və çirkləndikdə öz xassəsini dəyişir. Çirklənmiş paltarla qarın yatalağı, dizenteriya və digər infeksiyalar keçə bilər. Ona görə də bir sıra yoluxucu xəstələrin dezinfeksiya olunmalıdır. Parçaların boyanması üçün istifadə olunan boyalarda zəhərli qarışıqlar ola bilər. Belə maddələr və sintetik boyalar müxtəlif kimyəvi liflərdən hazırlanan paltarların boyanmasında istifadə edildikdə güclü qaşınma ilə müşayiət olunan ekzemaların baş verməsinə səbəb ola bilər. Paltarların hazırlanmasında kimyəvi lifərdən (süni və sintetik) də geniş istifadə olunur. Kimyəvi liflərdən olan parçalar antimikrob xassəyə malikdir. Ayaqqabılara qoyulan gigiyenik tələblər ayaqları mexaniki təsirlərdən, zərbələrdən, soyuqdan və islanmadan qorumağa yönəldilmişdir. Ayaqqabılar ayaqları qızdırmamalı, tərlətməməli, funksiyasını pozmamalı, sıxmamalı, yumşaq, yüngül, rahat olmalı, hava və əmək şəraitinə müvafiq olmalıdır. Ensiz və dar ayaqqabı ayağın deformasiyasına səbəb olur. Əvvəlcə dəridə qalınlaşma və sürtüklər əmələ gəlir, sonra isə ayağın yumşaq hissəsi və sümükləri deformasiyaya uğrayır. Dar ayaqqabı dırnaqların ətə girməsinə səbəb olur, qan dövranını pozur, ayaqların tərləməsini gücləndirir, yastıpəncəliyin inkişafına şərait yaradır. Bundan əlavə dar ayaqqabının qan dövranını pozması nəticəsində ayaqların tez soyuması baş verir və bu da soyuqdəymə xəstəliklərinin törənməsinə meylliyi artır. Ayaqqabı hazırlanması üçün əsas gigiyenik tələbləri ödəyən material təbii dəri hesab olunur. O, havanı yaxşı keçirir, islanmaya davamlıdır, ayağı isti saxlayır. İsti iqlimdə ayaqqabının altı ayaqların altını qızmaqdan qorumalıdır. Hazırda ayaqqabı istehsalında süni materiallardan geniş istifadə olunur. Süni dərilər normal şəraitdə istifadə edildikdə belə işığın, istinin, kimyəvi maddələrin təsirindən ətraf mühitə müxtəlif bioloji aktiv maddələr xaric edir. Ayaqqabı hazırlamaq üçün istifadə olunan süni dərilər məsaməli, az istilik keçirmə xassələrinə malik olmalıdır. Əziz xanımlar, inanıram siz ayaqqabı və ya paltar seçimi edərkən bunlara əməl edirsiz.
Cemi 424 nefer oxuyub
Beyenen (75) | Beyenmeyen (76)
Paylaş:
Dostlarınla Paylaş

Logo
Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər - Qarışıq Məqalələr | Tatli.Biz
Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər məqaləsini oxumaq üçün daxil olun
Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus
Saytda 64 nəfər

Mp3 Axtar, Video Axtar, Şəkil Axtar, Məlumat Axtar, Kinolar, Seriallar, Android Dünyası, Hansı gün doğuldun?, Instagram-dan video(şəkil) yüklə, İşığa borcunu öyrən, Qaza borcunu öyrən, Suya borcunu öyrən, Whatsapp Plus 2020, Instagram Plus, Youtube Plus, Online Dərsliklər, Inşalar toplusu, Atalar Sözləri və Məsəllər, Geniş Kitabxana, Qadın Dünyası, Bürclərin Sirri, Islam Aləmi, Aforizmlər - Dahilərin sözləri, Online Xəritə, Koronavirus canlı izlə(COVID-19, II Dərəcə Tənlik Hesabla, Futbol Nəticələri, Idman Xəbərləri, Namaz vaxtları, Valyuta Məzənnəsi, Valyuta Hesabla, Webmoney Hesabla(WMR), Online Tərcümə, Tapmacalar, Bürc-il Yoxla, Doġum gününü hesabla, Ideal çekini hesabla, Imtahan nəticələrini hesabla, Mətni Fərqli Yaz, X - O Oyunu, Dama Oyunu, Online Sehr, Online Hesablayıcı, Mp3 Məlumatını Dəyiş, Silinmiş şəkillərin geri qaytarılması, Wap+Web Skaner, Domen Yoxla, IP Axtar, Qrab Yarat, Kodlaşdırma, Simvol Kodları, Hərf Kodları, Rəng Kodları, Saytın şəklini çek, Telefon modelini dəyiş, Smayl düzəlt, Icon düzəlt, Button düzəlt, Lətifələr, Qurani Kərim - Səsli(Azərbaycanca), Qurani Kərim - Səsli(Türkcə), Qurani Kərim - Səsli(Rusca), Qurani Kərim - Səsli(Ərəbcə), Nağıllar, Dərman Axtar(Qiyməti), Tanınmış Simalar, Maraqlı Məlumatlar, Moda - Gözəllik, Sağlamlıq, Ailə və Uşaq, Show Biznesdən xəbərdar olmaq üçün bizi izləyin, Show Biznes, Qarışıq Xəbərlər, Online Foto, Ən Son Xəbərlər, Koronavirusla Mübarizə Testi
xml | xml2 | html | ror | mp3 | video

©Tatli.Biz 2010-2020