Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər

Paltar və ayaqqabılara qoyulan gigiyenik tələblər


damcılar şəklində ola bilər. Tünd rəngli parçalar istiliyi açıq rəngli parçalara nisbətən çox udur. Parçanın ultrabənövşəyi şüa keçirməsi mühüm xüsusiyyətlərdəndir. Sintetik parçalardan kapron, neylon ultrabənövşəyi şüaları 50-70% buraxır. Asetat liflərdən olan parçalar 0,1-1,8% keçirir. Sıx yun, sətin parça bu şüaları pis, çit və pambıq parçalar isə yaxşı keçirir. Polimer əsaslı parçadan keçən ultrabənövşəyi parçalar özünün bioloji təsir xassələrini saxlayır. Kapron parçadan keçən şüalar 5 dəqiqəyə bağırsaq çöplərinin, qızılı stafilokokların və digər bakteriyaların 97,0-99,9%-ni məhv edir. Paltarı geyindikdən bir müddət sonra köhnəldikdə və çirkləndikdə öz xassəsini dəyişir. Çirklənmiş paltarla qarın yatalağı, dizenteriya və digər infeksiyalar keçə bilər. Ona görə də bir sıra yoluxucu xəstələrin dezinfeksiya olunmalıdır. Parçaların boyanması üçün istifadə olunan boyalarda zəhərli qarışıqlar ola bilər. Belə maddələr və sintetik boyalar müxtəlif kimyəvi liflərdən hazırlanan paltarların boyanmasında istifadə edildikdə güclü qaşınma ilə müşayiət olunan ekzemaların baş verməsinə səbəb ola bilər. Paltarların hazırlanmasında kimyəvi lifərdən (süni və sintetik) də geniş istifadə olunur. Kimyəvi liflərdən olan parçalar antimikrob xassəyə malikdir. Ayaqqabılara qoyulan gigiyenik tələblər ayaqları mexaniki təsirlərdən, zərbələrdən, soyuqdan və islanmadan qorumağa yönəldilmişdir. Ayaqqabılar ayaqları qızdırmamalı, tərlətməməli, funksiyasını pozmamalı, sıxmamalı, yumşaq, yüngül, rahat olmalı, hava və əmək şəraitinə müvafiq olmalıdır. Ensiz və dar ayaqqabı ayağın deformasiyasına səbəb olur. Əvvəlcə dəridə qalınlaşma və sürtüklər əmələ gəlir, sonra isə ayağın yumşaq hissəsi və sümükləri deformasiyaya uğrayır. Dar
<< 1 [2] 3 >>
Cəmi 1310 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 169 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024