Geniş Kitabxana
Qeyri-adi tikililər
Gündəlik adi formada görməyə öyrəşdiyimiz binalar bəzən insanın öz fantaziyalarını tikililərə tətbiq etməsi nəticəsində qeyri-adi, qəribə forma ala bilir. Bunlardan bəzilərini sizə təqdim edirəm: Polşadakı bu əyri ev 2003-cü ilin yanvar-dekabr ayları ərzində tikilib. Bu səbət formasında olan bina ABŞ-da Longaberger səbət şirkəti tərəfindən ofis binası kimi tikilib. İnşası iki il davam edib. Tikintiyə 30 milyon dollar xərclənib. Bu başı aşağı bina Polşada Daniel Czapievski tərəfindən tikilib. Kommunist dövrü ilə müasir dövrümüzün müqayisəsini özündə əks etdirir. Bu tir ağac formalı evin çəkisi 42 tondur. Bu evi yonmaq üçün Schmock və onun köməkçisi 8 ay çalışıb. Evin sadəcə bir yataq otağı var. Şəlalə formalı ev Pensilvaniyada memar Frank Lloyd Wright tərəfindən 1935-ci ildə şəlalənin üzərində tikilib. Balıqqulağı formalı ev Meksikada dizayner Senosiain Arquitectos tərəfindən tikilib. Bu dəm çaydanı şəkilli ev ABŞ-da 1922-ci ildə tikilib. Tualet-ev Cənubi Koreyada 2007-ci ilin noyabrın 21-də tikilib. "Fəza gəmisi" adlandırılan ev və çaydan ev də ABŞ-dadır. Polad evi ABŞ-ın Texas ştatında memar və heykəltəraş Robert Bruno 23 ilə 113 ton poladdan hazırlayıb. Göbələk ev ABŞ-da yerləşir. Çəllək ev ABŞ-da yerləşir. Bu çoxüzlü ev isə Faroe adalarındadır. Sonuncu qeyri-adi evi isə rəssam Maykl Xan və onun həyat yoldaşı Leda Livant illərlə hissə-hissə topladıqları materiallardan özləri üçün tikiblər.
Cemi 372 nefer oxuyub
Beyen(74) | Beyenme(73)
Paylaş:
Dostlarınla Paylaş

Qeyri-adi tikililər - Qarışıq Məqalələr | Tatli.Biz
Qeyri-adi tikililər məqaləsini oxumaq üçün daxil olun
Qeyri-adi tikililər, Qarışıq Məqalələr, Geniş kitabxana, məqalələr, Whatsapp Plus 2020, İnstagram Plus, Youtube Plus, Mobil, Pulsuz, Azeri, Whatsapp, Watsap, Bedava, Izle, Indir, tatli.biz MP4, 3GP, Instagram plus, Plus, Toy Gecesi, Azyasli, Youtube plus, Whatsapp Yukle, mahnilar, video yukle, videolar, watsap pulus

Saytda 33 nəfər


©Tatli.Biz 2010-2020