Andaluzit

Andaluzit


Aliminium silikatı olan bu mineral tünd yaşıl, qırmızı, narıncı, sarımtıl, boz və qonur rənglərdə olur. O həm də qeyri-adi qiymətli daşlardan sayılır. Çünki, andaluzit optik pleoxroizm effektinə malikdir, yəni işığın düşməsindən və şüanın sınmasından asılı olaraq, öz rəngini dəyişir. Nadir hallarda şəffaf andaluzitlər də tapılır. Andaluzitin xiastolit növünün qəribə xüsusiyyətləri də var. Bu mineral cilalandıqdan sonra onun səthində xaçı xatırladan şəkil görünür.Buna görə də xaçpərəst din xadimləri onu çox sevirlər. Litoterapevt həkimlər andaluziti ürək-damar sisteminin işini stimullaşdıran, psixoloji və sinir pozuntularını sağaldan, bronxial və ağciyər xəstəliklərindən qoruyan mineral hesab edirlər. Bundan başqa, andaluzit insan orqanizminə ümmunmöhkəmləndirici təsir göstərərək onun müxtəlif xəstəliklərə qarşı müqavimətini artırır. Mineralın sehr, cazibə xüsusiyyətlərinə gəlincə, demək lazımdır ki, andaluzit kifayət qədər mistik daşdır. Belə hesab edilir ki, andaluzit yalnız saf niyyətli insanlara kömək edir. O, belə insanlara müdriklik, mənəvi güc bəxş edir, hər hansı xoş niyyətləri həyata keçirməkdə onların köməyinə gəlir. Qədim zamanlarda kahinlər onun köməyi ilə tanrılara müraciət edər, bütün zamanların münəccimləri isə ilahi qüvvələr, dünyasını dəyişmiş insanların ruhları ilə daimi əlaqə yaratmaqdan ötrü andaluzit qaşlı zinət əşyası gəzdirərdilər. Lakin çox güman ki, bu daşa cəngavər-rahiblər daha çox meyl göstərirdilər. Bu mineral ilə bəzədilmiş xaç və üzükləri səyahətçilər, hərbçilər, kimyagərlər, filosof və öncəgörənlər də taxmağa başladılar. Orta əsrlərdə yaşamış böyük fransız münəccimi Nostradamus andaluzit qaşlı qoşa üzük taxarmış. Boynundan da eyni daşlı iri kulon taxarmış. Nostradamusun bu
[1] 2 >>
Cəmi 1212 nəfər oxuyub
Bəyənən (276) | Bəyənməyən (225)
Dostlarınla Paylaş

Saytda 90 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023