Quşları yaxından tanıyaq

Quşları yaxından tanıyaq


Qaranquş Yaşadığı yer: Qütblər xaric olmaqla dünyanın hər yeri. Xüsusiyyətləri: 10-23 sm boyunda, “çəngəl” quyruqlu, geniş və uzun iti qanadlı, köçəri quşlar. Bir çoxları insanların evlərində yerləşir, başqaları yuvalarını ağaclarda qurur. Binaların dam altlarında və pəncərə oyuqlarında palçıq və gildən çanaq şəklində möhkəm yuvalar düzəldərlər. Dişi qaranquş erkəyinin tüpürcəyindən istifadə edərək ağzında palçığı toplayır, saman və otlarla 8 gün içində bir yuva qururlar. Geniş və yastı dimdiklərindən palçıqları sulamaq üçün mala kimi istifadə edirlər. Yuvalarının çoxusu ancaq bir qaranquşun girə biləcəyi qədər olur. Eni təxminən 20 sm, dərinliyi 10 sm-ə qədər olup içi tük və saçlarla döşənir. Bir yuvadan bəzən illərlə istifadə edirlər. Yuvalarını qruplar halında mağara, qayalıq və ağaclarda quran qaranquş növləri də var. Növləri: 100-ə qədər növü var. Ağac qaranquşu, qum qaranquşu, qaya qaranquşu, qır qaranquşu, yar qaranquşu ən çox tanınan növləridir. Qaranquşlar adətən ağcaqanad "ovlayan" kiçik quşlardır, 79 növü tanınır, digərləri haqa məlumat yoxdur. Çoxusunun qarnı ağ, başı, quyruğu və qanadları qara, alın və boynu qəhvəyi rəngdədir, parlaq tükləri var. Qısa ayaqlarının dırnaqları iti olduğu üçün düz, yastı yerlərdə yaxşı dayanırlar. Əti yeyilmir. Üçkünc şəklində olan dimdikləri geniş açılaraq ağcaqanad və digər böcəkləri ovlayırlar. Çoxusu sürü halında yaşayır. Pis havalarda uçmayan böcək və hörümçəklərlə qidalanırlar. Qaranquşların alçaqdan uçması havanın pis olacağından xəbər verir. Yayın sonunda günlər qısalıb böcəklər azalanda bala və böyük qaranquşlar köç edərək qışı Afrikada keçirirlər. Yazda geri dönürlər. Digər köçəri quşlardan fərqli olaraq gündüz vaxtı köçürlər.
[1] 2 3...5 >>
Cəmi 1370 nəfər oxuyub
Bəyənən (257) | Bəyənməyən (223)
Dostlarınla Paylaş

Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024