Dahi bəstəkarlarımız - I hissə

Dahi bəstəkarlarımız - I hissə


Cabbar İsmayıl oğlu Qaryağdıoğlu 31-mart 1861-ci ildə Şuşada anadan olmuşdur. Xanəndə, bəstəkar, Azərbaycanın xalq artisti olub, yaddaşlara həkk olan sənətkarlardan biridir. Əzəmətli səsi ilə "Segah" , "Heyratı", "Şahnaz", "Qatar"-a möhür vurmuşdur. Bəzi xanəndələr bunları Cabbar Qaryağdı oğlundan sonra oxumağa cəhd etməmişdir. Ədəbiyyatı dərindən bilən bu xanəndə daima deyərmiş: "Əruzu bilməsən xanəndə ola bilməzsən, cəhd et ədəbiyyatı dərindən öyrən, yoxsa xanəndə olmaq çətindir". O dövrün ən savadlı, adlı-sanlı xanəndələri məhz Cabbar Qaryağdı oğlunun yetirməsi olmuşlar. 20-aprel 1944-cü il Bakıda vəfat etmişdir. Bu gün də Cabbar Qaryağdıoğlu unudulmayıb, xalqımız onu böyük məhəbbətlə xatırlayır. Azərbaycan profissional musiqisinin və milli operasının banisi Üzeyr Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci ildə Ağcəbədirayonunda anadan olub. O, Şərqdə ilk opera bəstəçisi, professor, Milli Elmlər Akademiyasının akademiki olub. SSRİ xalq artisti, Azərbaycan Dövlət Konservatoriyasının rektoru, Azərbaycan EA İncəsənət İnstitutunun deroktoru olmuşdur.Bir çox bəstələrin müəllifi olan Hacıbəyov "Leyli və Məcnun", "Şeyx Sənan", "Rüstəm və Söhrab", "Şah Abbas və Xurşud banu" "Əsli və Kərəm", "Harun və Leyla", "Koroğlu" operalarının müəllifi olmuşdur. "O olmasın, bu olsun" və "Arşın mal alan" musiqili komediyaları da Üzeyr Hacıbəyov yaradıcılığındandır. Bu günümüzdə övladlarımıza fəxrlə, qururla öytətdiyimiz Azərbaycan himninin müsiqisi də məhz Üzeyr Hacıbəyovundur. O, 1948-ci il, 23 Noyabrda haqq dünyasına qovuşmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn olunub. Tofiq Ələkbər oğlu Quliyev 7 noyabr 1917-ci ildə Bakıda dünyaya gəlmişdir. Hələ uşaqlıqdan musiqi istedadı olub və musiqi məktəbinin fortepiano sinfində oxuyur. 1938-ci ildə dahi bəstəkar Üzeyr
[1] 2 3 >>
Cəmi 1232 nəfər oxuyub
Bəyənən (229) | Bəyənməyən (212)
Dostlarınla Paylaş

Saytda 161 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024