Osmanlı sarayının gözəllik sirləri

Osmanlı sarayının gözəllik sirləri


iri sabun sektoru vardı. Saraya gələn sabunlar əridilir, istifadə edən şəxsin zövqünə uyğun gül və meyvə şəkli verilirdi. Sarayın sabunları mütləq xoş qoxulu olurdu. Saçlar sabunla yuyulmurdu, çünki belə olduqda sərt olurdu. Bunun üçün əməköməcidən və s. bitkilərdən istifadə olunurdu. Bu bitkiləri qaynatdıqda alınan su indiki saç kremlərindən daha effektli idi. Buna görə saraya kilolarla qurudulmuş bitkilər gətirilirdi. Saç və bədən üçün gil işlənirdi. Gili qaba qoyub, üzərinə su əlavə edərdilər, gil asağıya çökdükdən sonra üstdə qalan sudan istifadə olunurdu. Bədən üçün yağlar da çox işlədilirdi, hamamdan çıxdıqdan sonra yağ bədənə çəkilirdi. Ayaq və dırnaq üçün süsən və zeytun yağı işlənərdi. Gül yağını da süsən və zeytun yağının içində bir az saxlayırdılar, sonra süzüb bədənə çəkirdilər. Osmanlı sarayında gül suyu da çox işlənirdi. Gül suyu üzü nəmləndirir, təmizləyir, qırışları azaldır. Eləcə də gözəl qoxulu olduğu üçün ruhi xəstəliklərdə də istifadə olunub. İbn Sina da ondan istifadə edirmiş. Gözəl parfum qabları var idi, elə ən sadəsi gümüşdən hazırlanardı, spirtsiz parfümlər hazırlayardılar. Limon da çox önəmli olmuşdur, o üzü ağardır, yaraları sağaldır. Osmanlıda qoxular çox vacibdir. Saraya nə vaxt daxil olsan, müşk və ənbər qoxardı. Osmanlıda bədənin ağ, saçların qara olması əsas idi. Açıq rəng saç sevilmirdi. Ağ bədən gözəllik sayılırdı. Çox qidalanmazdılar, əsas da yazda yüngül çərəzlər yeyər və bağırsaqları boşaltmaq üçün duzlu su içərlərmiş
<< 1 [2]
Cəmi 1156 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 148 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024