Osmanlı sarayının gözəllik sirləri

Osmanlı sarayının gözəllik sirləri


Professor Dr. Aytən Altındaş, Osmanlı tibbinin və gözəllik sirlərinin bir çox qabaqcıl dünya ölkələrinin mədəniyyətində əsas yer tutduğunu söyləmişdir. Bu isə inandırıcı görünməsə də həqiqətdir. Altındaşa görə Topqapı sarayındakı kitabxana dünyanın ən dəyərli əl yazmalarının qeydə alındığı kitablarla zəngin idi. Çünki o dövrün ən güclü padşahına ən təzə və yeni məlumatlarla dolu kitablar göndərilirdi. Buna görə də Altındaş o kitablara vaxtında "Kaş ki lazımınca qiymət verilsəydi", deyərdi. Son 10 ildə Osmanlı tibbi üzərində araşdırmalar aparmış Altındaşın "Osmanlıda sağlıqlı yaşam" və "Sarayın gözəllik sirləri" adında 2 kitabı var. Heç demə bizim həkimlərimiz hind və tibetlilərin sağlam həyat sirlərini öyrənməyə çalışarkən min illərdən bəri Osmanlının tibb dağarcığında xəzinə yatırmış. Axır ki Altındaş bu toz basmış rəflər və çürüməkdə olan kitablar arasından bir xəzinə tapıb çıxartdı. O, uzun müddət Osmanlı sarayının gözəllik sirlərini öyrənmişdi. Tez-tez getdiyi Topqapı saray kitabxanasından, "Bu sarayda dünyanın ən gözəl qadın və kişilərinin yaşadığını öyrənmişdir. Bəs onlar gözəlliklərini necə qoruyurdular?" deyə düşünmüş və buna dair araşdırmalar aparmışdı. Osmanlı həkimlərin hamısı və həmçinin də xalqın özü xəstə olmazdan qabaq çarə yollarını bilirdilər. İndi məhz Osmanlı tibbində olan yeniliklər min illər bundan əvvəl yazılıbmış və istifadə olunubmuş. Prof. dr. Aytən Altındaş sponsor tapmadığı üçün aldığı məlumatları kitab halında çap etdirə bilməyib, amma biz sizinlə o sirlərdən bir neçəsini paylaşmaq istəyirik. Sarayda bir nömrəli gözəllik təmizlikdir, hamam mədəniyyəti də bu məqsədlə yaradılıb, hamamda mütləq kisələnərdilər. Təmizlikdə sabun ən önəmli idi. Buna görə də
[1] 2 >>
Cəmi 1138 nəfər oxuyub
Bəyənən (228) | Bəyənməyən (218)
Dostlarınla Paylaş

Saytda 92 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023