Analıq və qadın problemləri

Analıq və qadın problemləri


Gender bərabərliyi uğrunda mübarizə İnsan cəmiyyətini qadın və kişilər təşkil edir. Cinslər arasında bioloji fərqlər məlumdur və dəyişməzdir. Lakin bu heç də o demək deyil ki, kişi və qadının cəmiyyətdə tutduğu yer dəyişməzdir. Qadın hərəkatının tarixi, bizim ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər qadınların cəmiyyətdə oynadığı rolun dinamik surətdə dəyişməsindən xəbər verir. Son əsrlərin texnoloji nailiyyətləri qadınların həm məişətdə, həm də istehsalatda oynadığı rolu dəyişdirmişdir. XX əsrin sonunda "gender" anlayışı formalaşmışdır ki, bunu da "sosial cins" kimi səciyyələndirmək olar. Qadın və kişilər arasında sosial bərabərlik "gender bərabərliyi" kimi qəbul edilir. Qadınların cəmiyyətdə vəziyyətinin dəyişməsi təkcə tarixi qanunauyğunluq kimi qəbul edilməməlidir. Bu proses, eyni zamanda, hər hansı bir ölkədə və ya bölgədə mövcud olan iqtisadi, sosial və mədəni mühitdən, gender bərabərliyi sahəsində həyata keçirilən siyasətdən asılı olmuşdur. Elmi-texniki tərəqqi bəşəriyyətə bir sıra yeni texnoloji nailiyyətlər bəxş edib ki, bu da müxtəlif proseslərin həyata keçirilməsində qadın və kişilərin fiziki imkanları arasında mövcud olan təbii fərqlərin aradan qaldırılmasına, yaxud kəskin surətdə azalmasına şərait yaradır. Yeni texnoloji nailiyyətlər, eyni zamanda, qadınların ev işlərinə sərf etdiyi vaxtın qənaətini də təmin edir. Belə bir şəraitdə gender problemlərinin həllinə, yəni qadın və kişilərin cəmiyyətdəki vəziyyətində mövcud olan fərqlərin aradan götürülməsinə xidmət edir. Bəzi hallarda gender problemlərini qadınların vəziyyətinin qiymətləndirilməsi və yaxşılaşdırılması kimi qələmə verirlər. Lakin gender problemlərinin təkcə qadın problemləri kimi qiymətləndirilməsi düzgün deyil. Gender
[1] 2 3 >>
Cəmi 798 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 27 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023