Analıq və qadın problemləri

Analıq və qadın problemləri


problemlərinin öyrənilməsi və bu sahədə olan problemlərin həlli həm kişilər, həm də qadınlar üçün vacibdir. Bu problemlərin həlli qadın və kişi arasında əmək bölgüsü münasibətlərinin yaxşılaşmasına və insan potensialının inkişaf göstəricilərinin yüksəlməsinə xidmət edir. Azərbaycan cəmiyyətində qadının mövqeyi Gender İnkişaf Əmsalı ilə yanaşı, qadınların inkişafına xidmət edə bilən imkanların mövcudluğu digər bir əmsalla hesablanır. Bu, xüsusi bir əmsaldır və qadınların imkanlarının genişlənməsini əks etdirir. Bu əmsalın hesablanmasında qadınların qanunvericilik qurumlarında təmsil edilməsi, rəhbər vəzifələr tutmaları da nəzərə alınır. Rəhbər vəzifələri dedikdə, qadıların nazir, xarici ölkələrdə səfir vəzifələrində çalışmaları, yaxud şəhər, ya digər yaşayış məntəqələrinin rəhbəri seçilməsi də nəzərə alınır. Dünya parlamentlərində qadınlar, orta hesabla, bu qurumun üzvlərinin 11,8%-ni təşkil edir. Azərbaycanda bu rəqəm 12%-dən çoxdur. Maksimal göstərici (42,7%) İsveç parlamentindədir. Minimal göstərici isə qadınların qanunvericilik qurumlarında tamamilə təmsil edilməməsi nəticəsində yalnız bəzi Asiya və Afrika ölkələrində müşahidə olunur.Rəhbər vəzifələrdə təmsil olunmağa gəldikdə isə, bu sahədə gender qeyri-bərabərliyi bir çox ölkələrdə, o cümlədən yüksək inkişaf etmiş ölkələrdə də mövcuddur. Müşahidə olunan qeyri-bərabərliyi aradan qaldırmaq üçün milli və beynəlxalq səviyyələrdə müvafiq tədbirlər həyata keçirilir. Gender İnkişaf Əmsalının ən yüksək göstəricisi Norveçdədir. Yüksək göstəricilər, həmçinin Avropanın bəzi ölkələrində, ABŞ və Kanadada müşahidə olunur. Azərbaycanda bu əmsal yuxarıda adları çəkilən ölkələrdən az olsa da, bu göstəriciyə görə vəziyyət İtaliya, İspaniya,
<< 1 [2] 3 4 >>
Cəmi 817 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024