Qızlara təhsil verilməsə.....

Qızlara təhsil verilməsə.....


Yurdumuzun ucqar kəndlərində yaşayan, heç vaxt kənddən çölə çıxmayan, oxumaq icazəsi olmayan, hələ üstəlik heç fikirini də soruşmadan özündən neçə yaş böyük bir adamın ikinci arvadı olan gənc qızlarımızdan bəhs etmirəm bu an. Bəhs etməyə ürəyim gəlmir. Böyük şəhərin "göbəyində" yaşayan, adi gənc bir qadından bəhs edirəm. Həyatında özünə aid bir qərarı var idi : evlənəcəyi adamı sevmək! "Seçmək" deyil, "sevmək". Çoxları onu şanslı hesab edirdi. Oxumayacağına başqası qərar vermişdi, neçə yaşda evlənəcəyinə də başqası qərar vermişdi. Tək üstünlüyü var idi, o da evləndiyi adamı sevməyi. Bunu isə özü qərar vermişdi: " Sevim ki, xoşbəxt olum" deyə. Qaynanalı-qaynatalı evə gəlin getmişdi. Evdə bir subay bacı, iki subay qardaş da vardı. Nə vaxt yatıb, nə vaxt durmağı da öz qərarı deyildi. Qaynatası durana qədər gəlin hökmən qalxmış olmalı idi. Nə geyəcəyinə, hara getməyinə də qərar verən onlar idi. Mətbəxdə nə bişirəcəyinə, öz anasını nə vaxt görəcəyinə, qonşunun gəliniylə nə danışacağına da qarışırdılar. Nə vaxt uşaq dünyaya gətirəcəyinə yenə evin böyükləri qərar vermişdi. Körpə doğulanda körpəsini ilk qucaqlayan qaynanası olub. Sonra da onsuz da körpə onun olmuşdu. Anası əmizdirsin, böyüyəndə yemək versin, yusun, təmizləsin, amma uşaq qaynananın qucağında böyüsün... Az qala onu ana bilirdi uşaq. Uşağı ilə gəzməyə getmək istəyəndə də qaynanasından icazə alırdı gəlin. Uşağın öz anası evdə yemək, qab-qacaq, ütüylə məşğul olanda kiçik qızı ata tərəfdən nənəsinin əlini tutub gedirdi gəzintilərə. Sonra ikinci uşağa qərar vermişdi ailə. Bu dəfə oğlan sifariş etmişdilər... Oğlan doğulandan sonra gəlinin işi də çoxalmışdı. Uşaqlar ata tərəfdən nənə və babayla gəzməkdə, atası kafedə, yazıq qadın
[1] 2 >>
Cəmi 699 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 66 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023