Pratik makiyaj sirləri

Pratik makiyaj sirləri


Məxmər kimi bədən,cəlbedici gözlər, dolğun dodaqlar... Tətbiqi asan olan təkliflərlə arzu etdiyiniz görünüşə qovuşa bilərsiniz.Səhərlər işə çatmaq təlaşı içində makiyaja vaxtınız qalmırmı? Makiyaj etmək sizə çətinmi gəlir? O halda çox yanılırsınız, çünki ayna qarşısında saatlarla vaxt sərf etməyinizə ehtiyac yoxdur. Bu işin də bəzi incə məqamları var. Baxımlı görünmək üçün ən çoxu 10 dəqiqə ayırmağınız yetərlidir. Hamar bədən Bədəniniz üçün ən doğru rəngli tonal kremi gün işığında və makiyajsız halda sınamaqla tapa bilərsiniz. Çənədə yoxlamaq ən doğru yoldur. Makiyajdan əvvəl üzünüzə gündüz kremi çəkin və 2 dəqiqə gözləyin. Beləcə, tonal krem dəriyə daha rahat yayılar və ləkəli görünməz.Tonal kremi əvvəl əlinizin içinə tökün və süngər köməyiylə yavaş -yavaş üzünüzə çəkin.Üzün orta hissəsindən xaricə doğru paylaşdırın. Göz altındakı bənövşəyi görüntünü və qızartıları gizlədici qələmlərin köməyilə yox edə bilərsiniz. Cəlbedici gözlər Gözləriniz yorğundur? O zaman göz qapaqlarınızı bir-birinə zidd olan rənglərdə boyayın. Firuzəyi və qəhvəyi rənglər gözlərin parlamasını təmin edər. Mavi gözlər isə bənövşəyi tonlarla çox gözəl görünər. Gözlərinizi olduğundan böyük göstərməyə nə deyirsiniz? Üst kirpiklərinizə tuş, gözün alt hissəsinə ağ qələm çəkin. Kiçik gözlərdə parlayan rənglərdən istifadə edilməməli, dumanlı tonlar seçilməlidir. Bunları da göz qapağının içindən xaricinə doğru çəkin. Göz boyasının daha çox qalmasını istəyirsinizsə, onu nəmli fırçanın köməyilə çəkin. Yuxu kimi dodaqlar Əsas prinsip budur: parlayan rənglər dodaqları daha böyük göstərir. Dolğunluq: Dodaq boyası ilə eyni tonda olan dodaq qələmiylə dodaqlarınızın konturunu incə bir xəttlə nəzərəçarpan
[1] 2 >>
Cəmi 728 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024