Artıq çəkidən xilas olmanın yolları

Artıq çəkidən xilas olmanın yolları


. Saat 16.00-ya qədər yeyilən yağlı yeməklər köklüyə səbəb olurmu? Əgər yağlı yemək yeyəcəksinizsə, bunları axşama qədər yeməli və ya tibbi dildə desək,yandırmalısınz. Çünki,gecə yediyimiz yağlı yeməkləri yandırmaq mümkün deyil və üstəlik,bu yeməklər orqanizmimiz tərəfindən yenidən yağa çevrilir. 2. Səhər yeməyində istədiyimiz hər şeyi yeyə bilərikmi? Səhər yeməyi də digər yeməklər kimi kalori baxımından məhdud olmalıdır.Yəni səhər yeməyidir deyə, istədiyimiz kimi yağ çəkilmiş dörd dilim çörək, ya da yağda bişirilmiş dörd ədəd yumurta yeməməliyik. 3. Deyirlər ki,pəhrizdən sonra insan daha tez kökəlir, bu nə qədər doğrudur? Əgər pəhriz menyusunda çox "qadağa" varsa, normal menyuya keçdikdə kökəlməyə səbəb ola bilər. Ancaq bu pəhriz sizin qidalanma vərdişinizin dəyişməsinə xidmət edirsə,sonra kökəlməyinizdən heç bir söhbət gedə bilməz. 4. Verdiyimiz çəkini yenidən almamaq üçün artıq çəkidən tədricən xilas olmalıyıq. Bu doğrudurmu? Bəli,çox sürətlə verdiyiniz çəkini çox sürətlə də ala bilərsiniz. Buna görə də mütəxəssislər uzunmüddətli pəhrizlər üçün həftədə 1 kiloqramdan artıq arıqlamamağı məsləhət görürlər. 5. Hər gün bir yemək vaxtını "ötürmək" arıqlamağa səbəb ola bilərmi? Xeyr, əgər pəhriz saxlayırsınıızsa, siz bununla kalori itirmənizə səbəb olacaqsınız, həzm prosesini də "oyundan çıxaracağınızı" unutmamalısınız. Üstəlik,əgər hər gün bir yemək vaxtını ötürsəniz ,sonrakı yeməkdə daha çox yeyəcək və beləliklə də arıqlamış yox, kökəlmiş olacaqsınız. 6. Çörək köklüyə səbəb olurmu? Çörək də digər qidalar kimi çox yeyildikdə köklüyə səbəb olur.Buna görə də gündə orta hesabla 4-5 nazik dilimdən çox çörək yeməməli və bu çörəklə birlikdə yediklərinizə diqqət
[1] 2 >>
Cəmi 521 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023