Səcdə xərçəngin qarşısını alır

Səcdə xərçəngin qarşısını alır


Misrin paytaxtı Qahirə şəhərində "Beynəlxalq Şüa Texnologiyası Mərkəzi"nin elmi araşdırması maraqlı faktları ortaya çıxarıb. Belə ki araşdırmalar nəticəsində namaz zamanı edilən səcdənin insan orqanizmində olan xərçəng riskini azaltması müəyyənləşib. Aparılan təqdiqatlar göstərir ki, səcdə hamilə qadınlar üçün çox xeyirlidir, dölün deformasiyaya uğramasının qarşısını alır və bir çox başqa fiziki və psixoloji xəstəliklərin müalicəsi üçün olduqca faydalıdır. "Şüa Texnologiyası Mərkəzi"nin rəhbəri professor bioloq Muhəmməd Ziyaəddin Həmid dövrümüzdə insanların hər tərəfdən elektromaqnit dalğalara məruz qaldıqlarını və bu səbəbdən daha çox şüa qəbul etdiklərini qeyd edərək bədəndə toplanan bu yükün mütləq kənara atılmalı olduğunu bildirir. Araşdırma nəticəsində bədəndə toplanmış elektromaqnit yükün Allaha səcdə etməklə kənara boşaldıldığını müəyyən edildiyini deyən misirli alim insan boyunun kiçilməsinin (və ya aşağı əyilməsinin) elektromaqnit dalğalara məruz qalma ehtimalını daha çox azaltdığını da qeyd edib. Yeddi əzanın (bədən üzvlərinin) yerlə təmas etməsi enerjini boşaldır... Deyilənə görə biz səcdəyə gedəndə elektromaqnit dalğalarına daha az məruz qaldığımız üçün alın yerə dəyərkən elektromaqnit yük bədənimizdən "çıxır". M.Ziyaəddin düşünür ki, səcdədə olanda hər bir insanın 7 orqanı (iki əl, iki ayaq, iki diz və bir baş) yerlə təmasda olaraq elektromaqnit yüklər bədənimizi "tərk edir" və yorğunluğu, bir sıra xəstəlikləri bizdən uzaqlaşdırır. Elektrik yükünü bədəndən daha effektiv formada kənarlaşdırmaq üçün səcdə anında qibləyə yönəlmənin lazımlığnı vurğulayan Ziyaəddin Kəbəni yer üzünün mərkəzi sayır və yer üzünün mərkəzinə tərəf yönəlməyin bədəndəki elektrik yükünü
[1] 2 >>
Cəmi 616 nəfər oxuyub
Bəyənən (147) | Bəyənməyən (117)
Dostlarınla Paylaş

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023